“Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramı hazırlanıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İslami Elmlər üzrə Kompüter Tədqiqat mərkəzinin təşkilatçılığı, tanınmış din xadimlərinin iştirakı ilə “Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramı hazırlanıb.
Hazırlanmış
proqram təminatının bu gün təqdimatı keçirilib.
“Məqtəl əl-Hüseyn
(ə)” multimedia proqramını hazırlayan mərkəzin nümayəndəsi Əli Cabbari deyib ki, proqram təminatında İmam Hüseyn (ə) hərəkatı
və Aşura günü ilə bağlı mötəbər məqtəl və kitablar toplanıb.
Onun sözlərinə
görə, toplanmış kitablar arasında İmam
Hüseynin (ə) əshabələrinə aid, Aşura
hadisəsində rolu olmuş şəxslər, əzadarlıq, İmam Hüseynin (ə) söz
ensiklopediyası, Aşura hadisəsinə bağlı
qiyamlar və digər mövzuları əhatə edən kitablar yer alıb.
Ə.Cabbari
bildirib ki, proqram təminatı bir neçə mərhələdə
təkmilləşəcək. “Birinci mərhələ çərçivəsində 500 kitab arasından 100 kitab seçilərək proqrama yerləşdirilib. İkinci mərhələdə kitabların sayı
artırılacaq, kəmiyyət və keyfiyyət
baxımından proqram daha da təkmilləşdiriləcək”.
Qeyd edək ki,
proqramın hazırlanmasında məqsəd İmam Hüseyn (ə) şəxsiyyətini tanıtmaq, hədəfini bəyan etmək, Kərbəla hadisəsinin etibarlı qaynaqlardan topalayaraq dijital formada tədqiqatçıların
ixtiyarında qoymaqdır. / Maide.Az