Həsən Ruhani Koreya böhranı ilə bağlı bəyanat verdi: “ABŞ danışığına fikir verməlidir”
Posted on : iran 10/16/2017 1:00:33 PM
Həsən Ruhani Koreya böhranı ilə bağlı bəyanat verdi: “ABŞ danışığına fikir verməlidir”
İran prezidenti
Həsən Ruhani Koreya yarımadasındakı gərginliklə bağlı açıqlama verib. Sputnik
Azərbaycan bu barədə "Cumhuriyyet"-ə istinadən xəbər verir:
"ABŞ-ın Şimali Koreyaya qarşı təhdidləri, bütün dünya üçün təhlükəlidir.
Əgər siz davamlı olaraq Pxenyan rəhbərliyinə təzyiq göstərsəniz, onlar nüvə
başlıqlı raket sınaqlarının sayını daha da artıracaqlar. Bu isə müharibə təhlükəsi
deməkdir. Ən çox əziyyət çəkən isə Şərqi Asiya xalqları olacaq" — Ruhani
bildirib.
"Bu problem
danışıqlar və dialoq yolu ilə həll edilməlidir. Amerikalı rəsmilər də səs
tonlarını aşağı salmalı, danışıqlarına fikir verməlidirlər" — prezident
qeyd edib.