Amerika; Deyrəzzurun azad edilməsinin gecikməsinin başlıca səbəbi
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Suriya ordusu və müttəfiq qüvvələrin əməliyyat komandanlığı Deyrəzzurun azad edilməsi əməliyyatındakı gecikməyə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.
İRNA-nın məlumatına
görə, Suriyalı qüvvələrin ilk bölməsi bazar ertəsi günü 3 ildir ki,
terrorçuların mühasirəsində olan Deyrəzzurun mühasirəsini yararaq, bu şəhərə
daxil olmağı bacarıb.
Bu məlumata görə,
Suriya ordusu və müttəfiq qüvvələrin əməliyyat komandanlığı bazar ertəsi günü
axşam bir bəyanat yayaraq, Deyrəzzurun 3 illik mühasirəsinin yarılmasından xəbər
verib. Bəyanatda deyilir: ABŞ və başçılıq etdiyi koalisiyanın terrorçuları himayə
etməsi və Deyrəzzurun azad edilməsi əməliyyatına mane olması, Deyrəzzurun azad
edilməsi əməliyyatının təxirlə üzləşməsinə səbəb olub.
Suriya ordusu və
müttəfiq qüvvələrin birgə əməliyyat otağı öz bəyanatında ABŞ-ın başçılıq etdiyi
koalisiyanın İŞİD terror qruplaşması ilə əməkdaşlığına dəlalət edən danılmaz
faktların olduğunu bildirib və deyib: Terrorçu dəstə başçılarının ötən aylar ərzində
döyüş bölgəsindən çıxarılaraq, təhlükəsiz məntəqəyə köçürülməsi və əsir alınmış
İŞİD terrorçularının etirafları ABŞ-ın terrorçuları himayə etməsi və regionla
bağlı çirkin niyyətlərə malik olmasının nişanəsidir.
Neftlə zəngin
olan Deyrəzzur şəhəri 14 iyul 2014-cü ildən bəri İŞİD terrorçularının mühasirəsi
və nəzarəti altındadır. Şəhər sakinlərinə yardım sadəcə hava yolu ilə
çatdırılır.