Azərbaycan
İslam Partiyası Myanmada müsəlmanlara verilən işgəncələrə görə, onların
öz torpaqlarından didərgin salınması və təcavüzlərə məruz qalmasına
görə bəyanat yayıb.
AİP-in mətbuat xidmətindən İslaminSesi.info -a daxil olan bu bəyanatda bildirilir:
"Müsəlmanların
müqəddəs Qurban bayramı ərəfəsində Myanmada yenidən insanların kütləvi
qətliamı baş verir. Ölkənin Arakan vilayətində 2012-ci ildə
müsəlmanların kütləvi qırğınını kölgədə qoyan cinayətlər törədilmişdir.
Arakanın ayrı-ayrı kəndlərində üç mindən artıq müsəlman hökumət ordusu
tərəfindən qətlə yetirilmiş, 100 min günahsız insan yurd-yuvasından
didərgin salınmışdır.
Bu
qanlı cinayət Myanma hakimiyyətinin və bütövlükdə İslam düşmənlərinin,
müsəlman qanına susayanların insanlığa və bəşəriyyətə zidd olan
baxışlarının nəticəsidir. Şübhə etmirik ki, belə hadisələr xristian və
digər dinlərin daşıyıcılarının başına gətirilsə idi dünya hərəkətə
keçər, faciənin siyasi qiyməti verilməklə qarşısı alınardı. Göründüyü
kimi, müsəlman xalqlarla törədilən soyqırımlar, ağır faciələr,
qətliamlar dünyanın güc mərkəzlərinin diqqətindən bilərəkdən kənarda
qalır, heç bir ciddi mövqe göstərilməməklə, cinayətkar qüvvələrə qarşı
addımlar atılmır.
Hesab
edirik ki, Myanmada törədilən qətliamlar 2016-cı ildə hakimiyyətə gəlmiş
Aun Sanın ölkəyə rəhbərliyi dövründə bir neçə dəfə artmışdır. Unutmaq
olmaz ki, Aun San Nobel mükafatı laureatıdır. Görünür, onun müsəlmanlara
qarşı qaniçən münasibətə malik xislətinə görə bu mükafata layiq imiş.
Belə ki, onun hakimiyyəti dövrünün təkcə bir ili ərzində 100 mindən
artıq müsəlman məhv edilmişdir.
İnsanlığa
qarşı yaradılmış süni böhranı diqqətə alaraq dünya müsəlmanları, İslam
dövlətləri, İslam Əməkdaşlıq Konfransının üzv ölkələrinin rəhbərləri
birmənalı şəkildə bilməlidirlər ki, müsəlman ölkələrinin və xalqlarının
vəhdəti, birliyi, əməkdaşlığı, düşmənə qarşı həmrəyliyi zəruri, həm də
vacibdir.
Azərbaycan
İslam Partiyası Myanmada baş verənləri adi və təsadüfi hadisə hesab
etmir. Dövlət və hakimiyyət miqyasında müsəlman əhaliyə qarşı
törədilənlər məqsədyönlüdür. Ordu və polis orqanları tərəfindən həyata
keçirilən cinayətlərin Qərbin və ABŞ-ın himayəsi altında baş verməsi
şübhə doğurmur. Bu qütblərin hazırda Myanmanı demokratik ölkə kimi
qələmə vermələri dolayısı ilə aparılan kütləvi qətliamlara haqq
qazandırmış olurlar. Bu mənada hazırkı dövrdə Fələstində, Suriya və
İraqda, Yəmən, Əfqanıstan, eləcə Türkiyədə, İranda, Tunisdə, Pakistanda
baş verən terrorların sadəcə müsəlmanların inkişaf və tərəqqisinin
qarşısının alınmasına deyil, ümumən İslam dininin sıxışdırılmasına,
zəiflədilməsinə ölçülmüş bir addım hesab etmək olar. Əminik ki, zor
qarşısında zor, güc qarşısında güc yaratmaqla müsəlmanların davam edən
faciələrinə son qoymaq mümkündür."