header

 İranlı general “Kürdüstan”ın müstəqillik referendumu ilə bağlı ciddi xəbərdarlıq edib

“İran və Türkiyə İraq-Kürdüstanında istiqlaliyyətlə bağlı keçirilən referendumun əleyhinədir və bu iş baş tutmamalıdır”

FarsNews-a istinadən, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmmədhüseyn Baqiri Türkiyəyə səfəri zamanı deyib.

 

Məhəmmədhüseyn Baqiri Ankarada Rəcəb Təyyib Ərdoğanla görüşü zamanı bölgənin təhlükəsizlik, terrora qarşı mübarizə və qarşılıqlı əlaqələr məsələsində müzakirələr aparıblar.

 

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İraq-Kürdüstan muxtariyyətində keçirilməsi nəzərdə tutulan istiqlaliyyət referendumu haqda deyib:

 

“İki ölkə rəsmilərinin fikrinə görə İraq-Kürdüstanında istiqlaliyyətlə bağlı referendumun keçirilməsi məsələsi daha mühümdür. İki ölkə rəsmiləri bu referendumun İraq daxilində qarşıdurmalara səbəb olacaq və onun nəticələri qonşu ölkələrə də sirayət edəcək. Bu məsələ üç ölkəni İraq, Türkiyə və İranı ehtiva edəcək. Buna görə iki ölkənin rəsmiləri bildirir ki, bu iş mümkün deyil və o baş tutmamalıdır.”

 

Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rəcəb Təyyib Ərdoğanın İrana rəsmi səfərə gələcəyindən xəbər verib.

 

Qeyd edək ki, İraqda Kürdüstan Regional Hökuməti gələn ay istiqlaliyyətlə bağlı formal referendum keçirmək niyyətindədir. / İslaminSesi.info

“İran və Türkiyə İraq-Kürdüstanında istiqlaliyyətlə bağlı keçirilən referendumun əleyhinədir və bu iş baş tutmamalıdır”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap