Qobustan həbsxanasına AİP sədri Mövsüm Səmədova göndərilənlər ona çatdırılmır
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Qobustan həbsxanasında AİP sədri Mövsüm Səmədova evindən göndərilən sövqat və ərzaqlar müxtəlif bəhanələrlə ona çatdırılmır.
İyulun 21-dən
Qobustan Qapalı Həbsxanasına aparılan Azərbaycan İslam Partiyasının (AİP) sədri,
doktor hacı Mövsüm Səmədov ailəsi ilə telefon əlaqəsi saxlayıb.
Doktor Mövsüm Səmədovun
xanımı Mehparə Səmədovadan aldığımız məlumata görə, məhbusa evindən göndərilən
heç bir sovqat çatdırılmayıb:
“Bu gün Mövsüm
zəng etmişdi. Dedi ki, ona poçt vasitəsilə göndərdiyimiz pasılka da ona verilməyib.Türmə
rəisi ona deyib ki, evə desin ki, poçtla ona sovqat yollamasınlar. Gətirib
Qobustan Həbsxanasının qarşısından versinlər.
Hakbuki, biz bu ayın 10-u cümə günü vəkili deyəndən sonra həbsxanaya
sovqat aparmışdıq. Amma heç şlaqbaumdan da keçməyə və kalona tərəf getməyə
qoymadılar. Dedilər olmaz, rejim dəyişilib. Məcbur olub səhərisi, ayın 11-i
bişmiş yeməkləri ayırdıq və yalnız quru yeməklərdən ibarət bir çanta poçt vasitəsilə
yolladıq ki, bəlkə bunu qaytarmazlar.
Bu gün ayın
15-i Hacı Mövsüm zəng edib dedi ki, ona heç nə verməyiblər. Rəis deyib ki, nəsə
vermək istəyəndə gətirib həbsxanaya versinlər birbaşa, poçtla yollamasınlar.
Belə çıxır ki, Qobustan həbsxanasının rəisi Aftandil Ağayev bizi ələ salır!
Aparırıq almır, poçtla yollayırıq vermir Hacı Mövsümə. Özü isə bir tərəfdən vəkilə
deyir- "icazə verilir bir bağlama sovqat göndərməyə" və digər tərəfdən
gətirən zaman götürmür.
Soruşdum nə
yeyirsiz? Dedi yanında bir az pulu olub onunla az da olsa, bir şeylər ala bilib
və dedi ki görüşə də icazə verilməyəcək hələ . Bəlkə 6 ay sonra icazə verildi”.
(vetenuğrunda.az)