Alimlər Şurasının rəhbəri: Ərəbistan müsəlmanlara utanc gətirir
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Alimlər Şurasının rəhbəri: Ərəbistan müsəlmanlara utanc gətirir
Pakistanın
Alimlər Şurasının rəhbəri Mövlana Mənzər Əlhəqq Təhanəvi “Təqrib” müxbirinə
verdiyi müsahibəsində vurğulayıb: “Hal-hazırda müsəlmanlar həssas bir keçid dövrünü
yaşayır. Bu zamanda bir-birimizlə həmrəyliyik göstərməliyik.”
Alimlər
Şurasının rəhbəri Ərəbistanın hərəkətlərinə toxunaraq deyib: “Ərəbistanın İslam
adı ilə istəkləri qəbuledilməzdir. Onun təkbaşına müsəlman ümməti barədə qərar
verməyə ixtiyarı yoxdur. Ali-Səud dünyada müsəlmanları başıaşağı etdi və onlara
utanc gətirdi. Ərəbistan yəhudi və xristianların oyuncağına çevrilib.”
Müsəlmanların
problemlərindən danışan alim deyib ki, Fələstin, Yəmən, Suriya, İraq, Kəşmir,
Bosniya hamısı bizim problemimiz və bu məntəqələrdə baş verən məsələlər bizi
narahat edir. Amma hər ölkə öz fikrindədir.
Müsəlmanlar
arasında təfriqənin köklərini açıqlayan rəhbər deyib: “Müsəlman ümməti Amerika
və İsrail üçün şərait yaratdıqlarına görə bu vəziyyətə düşüblər və aralarında təfriqə
yaranmışdır.”
Alimlər
Şurasının rəhbəri Ərəbistanın hər zaman Pakistana zülm etdiyini, Yaxın Şərq
böhranın hər gün pisləşməyə doğru getdiyini qeyd edib və bunun səbəbini Ərəbistanın
Amerikanı bu regiona hakim etməsi olduğunu bildirib.