header

 Sudan xalqı Yəmənə əsgərlərinin göndərilməsinə qarşı çıxıb

Sudan xalqı və partiyalarının əksəriyyəti Sudan rəhbərliyi tərəfindən Səudiyyə rejiminə dəstək məqsədilə Yəmənə yeni hərbi qüvvə göndərilməsinə şiddətlə qarşı çıxdılar.

"Əl-Cəzirə" televiziyası internet səhifəsində yer alan xəbərə istinadən , Sudan Səudiyyə rejiminin təzyiqi ilə iştirak etdiyi Yəmən təcavüzündən heç bir mənfəət əldə edə bilmədiyi kimi, hətta maddi zərərə məruz qalmış və bunun üçün də artıq bu koalisiyada yer almasının heç bir mənası qalmamışdır.

 

Ummə, Xalq konqresi, Kommunist partiyası kimi Sudan siyasi partiyalarından bir çoxu ölkələrinin Yəmənə qarşı müharibəyə qatılmasının qanundan kənar olduğunu və Sudanın bütün dünyada nifrətlə anılmasına yol açdığını bildirərək, hökumətinin bu mövqeyi ölkənin maraqlarına zidd olub təsəllisi mümkünsüz tarixi bir səhv olduğunu bildiriblər.

 

Səudiyyə rejimi bəzi ərəb rejimlərilə ABŞ-ı da yanına alaraq 2015-ci ilin martayında Yəmənə qarşı hava hücumları başlatmış və terror təşkilatlarını silahlandıraraq bu ölkəyə hakim edib. Bu müharibədə indiyə qədər Yəmən xalqından 12 mindən artıq dinc sakin həyatını itirmiş, ölkənin infrastrukturu xarabaya çevrilmişdir./ İslamazeri.com

Sudan xalqı və partiyalarının əksəriyyəti Sudan rəhbərliyi tərəfindən Səudiyyə rejiminə dəstək məqsədilə Yəmənə yeni hərbi qüvvə göndərilməsinə şiddətlə qarşı çıxdılar.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap