Avstriyada müsəlman əhali 2 dəfə artıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Avstriyada müsəlman əhali 2 dəfə artıb
Müsəlmanlara
qarşı İslamofobik davranışlarla gündəmə gələn Avstriyada müsəlman əhalinin
sayının artımı artıq narahatlıq yaratmağa başlayıb.
Deyerler.org
Yeni Akıt-a istinadən xəbər verir ki, Avstriyanın ən çox baxılan xəbər
kanallarından olan Servus TV 2001-ci ildən etibarən ölkədəki müsəlmanların
sayının iki dəfə artdığını bildirib.
Servus TV-də
verilən analitik proqramda, 30 il sonra müsəlmanların Avstriyada xristianlarla
bərabər saya malik olacağı vurğulanıb.
Avropada
hal-hazırda 44 milyon 138 min müsəlman yaşayır. Bu rəqəm 2030-cu ildə 58 milyon
209 minə çatacaq və qitənin əhalisinin 8%-ni təşkil edəcək.
Həmçinin bu rəqəmlə
Avropa qitəsi hazırda olduğu kimi dünyadakı müsəlmanların 2.7%-ni təşkil etməyə
davam edəcək.
Miqrasiyalar səbəbilə
müsəlman əhalinin sayında ən çox artım qərbi və şimali Avropada müşahidə ediləcək.
Məsələn, Böyük Britaniyada bu gün ölkə əhalisinin 4.2%-ni təşkil edən müsəlmanlar,
2030-cu ildə 8.2%-ə yüksələcək.
Avstriya,
İsveç, Belçika, Fransa kimi ölkələr də müsəlman əhalinin ciddi səviyyədə
artması nəzərdə tutulan ölkələr arasındadır.