BFHR: “Ayətullah İsa Qasım 70 gündən artıqdır ev dustağıdır”
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
BFHR: “Ayətullah İsa Qasım 70 gündən artıqdır ev dustağıdır”
İnsan Haqları
üzrə Bəhreyn Forumu (BFHR) ölkənin Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah
İsa Qasımın 70 gündən artıq bir müddətdir Ali Xəlifə rejimi tərəfindən ev həbsində
saxlanıldığını qeyd edərək, onun səhhəti ilə bağlı narahatlığını qeyd edib.
Deyerler.org
Lualua saytına istinadən xəbər verir ki, Ayətullah İsa Qasımın evinin ətrafında
güclü təhlükəsizlik nəzarətinin davam etdiyini açıqlayan BFHR belə qeyd edib:
“Bu təhlükəsizlik tədbirləri Ayətullah İsa Qasımın səhhətindən xəbərdar
olunmasına və ailə fərdlərinin özünü görməsinə mane olur”.
BFHR Ayətullah
İsa Qasımın yaşadığı Əd-Diraz rayonunda keçirilən dinc aksiyalarda həbs olunan
xeyli sayda vətəndaşın hüquq işlərinin hələ də məxfi saxlanıldığını və bu səbəblə
vəkilləri və ailə üzvləri ilə görüşlərinə imkan verilmədiyini qeyd edib.
Ali Xəlifə
rejiminin təhlükəsizlik qüvvələri mayın 23-də Əd-Diraz rayonuna və Ayətullah
İsa Qasımın evinə hücum edərək, 6 nəfəri şəhid etmiş və onlarla insanı həs
etmişdir. / Maide.Az