Barzaniyə xəbərdarlıq: Kürdüstan İraq torpaqlarından qoparıla bilməz!
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
"İraq Əsaibi Əhlil-Haqq" hərəkatının siyasi büro səlahiyyətlisi Kurdüstanın İraq torpaqlarından ayrılması mövzusunda edilməsi istənilən referendum məsələsində Barzaniyə xəbərdarlıq edib.
"Kurdpress"ə
istinadəm,dünən İraqın Kürdüstan bölgəsinin başçısı Məsud Barzaniyə referendum
mövzusunda xəbərdarlıq edən "İraq Əsaibi Əhlil-Haqq" hərəkatı siyasi
büro səlahiyyətlisi Adnan Fican İraqın ərazi bütövlüyünün qorunmasının İraq
hökumətinin vəzifəsi olduğunu və qətiyyən bu regionu Barzaniyə hədiyyə etməyəcəklərini
bildirib.
Səlahiyyətli
Bağdad rəhbərliyinin bu məsələdə qətiyyən güzəştə getməyəcəyini və təcili
olaraq tələsik təşəbbüslərdən imtina edilməsini istəyərək ərəblərin sözügedən
referenduma qatılmayacaqlarını bildirib.
Daha əvvəl də
İraq parlamentində türkmənlərin nümayəndəsi Casim Məhəmməd Cəfər Barzani yerli
rəhbərliyinin konstitusiyaya diqqət etmədən bölgə xalqına referendumu zorla
etdirmək istəməsinin odla oynamaq demək olduğunu, İraq Baş naziri Heydər əl-Abadinin
kürdlərin bu cəhdini əngəlləmək üçün bütün variantlardan istifadə edəcəyini
bildirib./ İslamazeri.com