Səudiyyənin Yəmənlə bağlı yeni planları üzə çıxdı
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
ABŞ-ın “Just Security” adlı təhlil saytı Yəmənin qaçmış prezidentilə Səudiyyə Ərəbistanı arasında gizli razılıqdan söz açıb.
Sayt, BƏƏ və Səud rəsmilərinin Mənsur
Hadi və Yəmənin eks prezidenti Abdullah Salehlə birgə görüş keçirdiyindən xəbər
verib.
Məlumata görə, razılaşmalara əsasən,
Abdullah Saleh və “İslah” partiyası arasında yeni dövlət koalisiyası
yaradılaraq, Mənsur Hadinin eks müavini Xalid Bəhhah baş nazir postuna gətiriləcək.
Yəni ölkə prezidentinin seçiminə qədər Bəhhah baş nazir postunda, Abdullah
Salehin oğlu Əhməd Əli isə müdafiə naziri postunda fəaliyyət göstərəcək.
Bu barədə araşdırma aparan “Sputnik”
saytı isə tam fərqli məlumatlar əldə edib. Bu barədə sayta açıqlama verən Yəmən
parlament nümayəndəsi, Abdullah Salehin “Ənsarullah”-dan xəbərsiz olaraq bu cür
addım atmasının mümkün olmadığını bildirib./ İslamazeri.com