BMT: İŞİD yezidilərin soyqırımını davam etdirir
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
İŞİD terror təşkilatı İraq və Suriyada yaşayan yezidi kürdlərin soyqırımını davam etdirir.
“Islam Today”-ə
istinadən, İŞİD terror təşkilatı İraq və Suriyada yaşayan yezidi kürdlərin
soyqırımını davam etdirir.
Bu haqda İŞİD
cinayətlərinin araşdırılması ilə məşğul olan BMT komissiyasının hesabatında
deyilir.
Hüquq-müdafiəçilərinin
məlumatına görə, Raqqa şəhərindən qaçan terrorçular əsir götürdükləri yezidi
qadın və qızları satmağa çalışırlar.
“Minlərlə
yezidi kişi və oğlan hələ də itkin hesab edilir. Terror təşkilatı hər gün 3 minə
yaxın qadın və qıza qarşı təcavüz və işgəncələri davam etdirir.”, - deyə sənəddə
qeyd edilir.
Xatırladaq ki,
İŞİD terrorçuları 2014-cü ildə İraqın şimal-qərb hissəsində yerləşən Sincar şəhərini
işğal edən zaman minlərlə yezidi kürdünü əsir götürüb./ İslaminSesi