Qətərdən Səudiyyəyə sərt ittiham: Hacıların həyatı təhlükədədir!
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
Rəsmi Doha rəsmi ər-Riyadı ittiham etdi.
“Islam Today”-ə istinadən verdiyi xəbərə
əsasən, Qətər hakimiyyəti Səudiyyə Ərəbistanını bu il həccə gedəcək zəvvarların
həyatlarını təhlükə altına almaqda ittiham edib.
Qətərin İslam İşləri üzrə
Nazirliyinin nümayəndələri bildiriblər ki, Səudiyyə Ərəbistanı tərəfi zəvvarların
təhlükəsizliyi və həcci yerinə yetirilmə şəraitinin müzakirəsi üçün kontakta
girməkdən imtina edib. / İslamazeri.com