İran və ABŞ donanmaları yenidən üz-üzə gəldi
Posted on : iran 10/16/2017 1:00:30 PM
İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars Körfəzində ABŞ donanmasının iştirakı ilə daha bir hadisənin baş verdiyini açıqlayıb
İranın İRİB
telekanalı hadisənin iyulun 28-də körfəzin şimalında baş verdiyi barədə məlumat
yayıb.
Məlumata əsasən
ABŞ Hərbi Dəniz Donanmasının “Nimits” aviadaşıyıcısından qalxan hərbi
helikopter İrana məxsus raket katerlərinə yaxınlaşıb. Aviadaşıyıcını kreyser
müşayiət edib.
“İran gəmiləri
Amerika donanmasının qeyri-peşəkar və təxribatçı hərəkətlərinə fikir verməyib və
Amerika gəmiləri oranı tərik etdikdən sonra həmin zonada keşik çəkməyə davam
edib”, - deyə İran hərbi rəhbərliyinin bəyanatında bildirilir.
Xatırladaq ki,
bir neçə gün əvvəl Fars Körfəzində ABŞ-a məxsus hərbi gəmi ona yaxınlaşan İran
katerinə xəbərdarlıq atəşi açıb /eastnews