Çikaqo müsəlmanları aztəminatlı ailələr üçün pulsuz klinika açıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:30 PM
Naperville İlsami Mərkəzinin dəstəyi ilə Çikaqoda aztəminatlı ailələr üçün pulsuz klinika açılıb.
“chicagotribune”-ə
istinadən xəbər verir ki, Naperville məscid və islami mərkəzi istifadəyə
verilmiş kilinikada qeyri-müsəlmanların gediş-gəlişini təmin etmək üçün şəhərin
ən qədim kilsəsi ilə əməkdaşlıq edir.
Kilinika artıq
3 aydır ki, fəaliyyətə başlayıb. Kilinikanın açılmasından məqsəd aztəminatlı
ailələrin hörmətini qorumaq və onlara pulsuz xidmət göstərməkdir. Kilinikada
dinindən və irqindən asılı olmayaraq bütün aztəminatlı insanlar müayinə olunur.
Onlara tibbi xidmətlər göstərilir.
Qeyri-müsəlmanların
kilinika ilə tanışlığını təmin etmək məqsədi ilə sentyabrın 16-da tibb və
sağlamlıq sərgisi təşkil olunacaq. Sərgidə insanlar kilinikanın imkanları ilə
tanış olacaq. / Maide.Az