header

 Bu insanlarla yoldaş olmaq olmaz

Bu insanlarla yoldaş olmaq olmaz

Imam Əli ibn Hüseyn (ə) /Imam Səccad (ə)/ İmam Baqirə (ə) buyurur: ““Oğlum! Beş nəfərlə yoldaş olma, danışma, yol yoldaşı olma”.

İmam Baqir (ə) buyurur: “Mən dedim ki, atacan! Onlar kimdirlər, mənə tanıt”. (Həvzəh)

Buyurdu: “Yalançı ilə yoldaş olmaqdan çəkin ki, (o) ilğım kimidir. Uzağı sənə yaxın, yaxını sənə uzaq edər.

Fasiqlə dostluq etməkdən çəkin, çünki o, səni bir yeməyə və ondan da azına satar.

Simiclə yoldaş olma, çünki o, sənin çətinlik zamanında öz malını səndən əsirgəyər.

Ağılsızla dost olma, çünki sənə fayda vermək istəyəndə, ziyan vurar.

O kəs ki, qohumluq əlaqəsini kəsər, (onunla) yoldaş olma. Çünki mən onu Allahın kitabının 3 yerində lənətlənmiş görmüşəm: “Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?! Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir”. (“Muhəmməd” (s) 22-23).

“Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır”. (“Rəd” 25).

“Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27)”.

Bu insanlarla yoldaş olmaq olmaz
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap