Qətər əmirinin İran prezidentilə telefon danışığı Səudiyyə mesaj oldu
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Qətər əmiri ilə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub
“Al Alam” xəbər verir ki, Qətərin mühasirə olunmasını qəbul
olunmaz hesab etdiyini deyən Həsən Ruhani bildirib: “Ölkəmizin hava, torpaq və
dəniz sahələri daim qardaş ölkə olan Qətərin üzünə açıqdır. Qətərin
iqtisadıyyatına dəstək vermək və iki ölkə arasında əlaqələrin genişləndirilməsi
ölkələr arasında ortaq hədəflərdən hesab edilə bilər.”
Qətər əmiri Təmim bin Həmd Ali-Sani də öz növbəsində İranla
həmkarlıq əlaqələrinə müsbət yanaşdığını deyərək bildirib: “Doha İranla əlaqə
qurmaq məsələlərini açıq qucaqla qarşılayır. İki ölkə arasında olan əlaqələr
güclü və inkişaf etməyə doğru hərəkətdədir.”
Qeyd edək ki, Qətərlə əlaqəsini kəsən ərəb ölkələri vəziyyətin
düzəlməsi üçün bu ölkəyə 13 bəndlik şərt təqdim edib. O şərtlərdən biri də məhz
İranla əlaqələrə son qoyulmasıdır. Mütəxəssislər Təmim bin Həmd Ali-Saninin Həsən
Ruhaniyə dediyi sözləri, Qətərin ərəb ölkələrinin şərtlərinə ilk cavabı olaraq
dəyərləndiriblər