header

 İmam Xomeyninin Beynəlxalq Qüds Günü haqqındakı çıxışları

İmam Ruhullah Musəvi Xomeyni: Ey dünya Müsəlmanları! Ey dünya müstəzəfləri! Qalxın, hərəkətə keçin və müqəddəratınızı öz əllərinizə alın. Nə vaxta qədər belə oturub taleyinizi Vaşinqton və ya Moskvanın təyin etməsini gözləyəcəksiniz?

İmam Xomeyni İslam dünyasını birləşdirəcək ən əhəmiyyətli faktorlardan birinin bu yolun olduğunun fərqinə varmış və hər ilin Ramazan ayının son cümə gününü "Beynəlxalq Qüds Günü" elan edərək bu gündə bütün müsəlmanların küçələrə axışıb məzlum Fələstin xalqını müdafiə etmələrini və işğalçı İsraili lənətləməsini vəsiyyət etmişdi. İslaminSesi Tasnim xəbər agentliyinə istinadla İslam İnqilabının Ali Lideri Ayətullah Ruhullah Musəvi Xomeyninin Beynəlxalq Qüds Günü ilə bağlı çıxışlarının bəzi hissələrini təqdim edir.

 

Bismillahirrəhmanirrəhim

Mən uzun illər boyu qəsbkar İsrail təhlükəsini müsəlmanlara xatırlatdım; bu günlərdə fələstinli bacı və qardaşlarımıza qarşı hücumlarını artırmış vəziyyətdədir. Xüsusilə Cənubi Livanda; fələstinli döyüşçüləri aradan qaldırmaq üçün evləri bir-bir bombalayırlar. Mən bütün müsəlman dövlətlər və dünya müsəlmanlarından bu qəsbkar və müdafiəçilərinin ağzının payını vermək məqsədilə birləşmələrini istəyirəm. O cümlədən bütün dünya müsəlmanlarına; Fələstin xalqının talesi üçün həlledici ola biləcək olan və qədr günlərindən də sayılan mübarək Ramazan ayının son cümə gününü "Qüds Günü" olaraq seçib bu günü müsəlman Fələstin xalqının qanuni hüquqlarını müdafiə məsələsində dünya müsəlmanlarının millətlərarası həmrəylik günü kimi müəyyən proqram və mərasimlərlə keçirməyi təklif edirəm. Allah Təaladan müsəlmanları küfr əhlinə qalib etməsini diləyirəm.

 

Müsəlmanların kafirlərə qarşı müqavimət günü

Qüds günü qlobal bir gündür, sırf Qüdsə məhdudlaşdırılmış bir gün deyil, eyni zamanda müstəzəflərin kafirlərə qarşı müqavimət və üsyankarlıq da günüdür. Amerika və digərlərinin zülm təzyiqləri altında olan millətlərin bu zülmə qarşılıq vermə günüdür.

Müstəzəflərin kafirlərə qarşı hazırlanıb təchiz olunmaları və onların burunlarını yerə sürmələrinin lazım olduğu gündür, münafiqlərlə həqiqi dindarlar arasında fərq qoyulacağı gündür. Həqiqi dindarlar bu günü Qüds günü bilir və bu baxımdan lazım olanı edərlər; Münafiqlər isə, yəni pərdə arxasında super güclərlə razılaşıb İsraillə dostluq quran rəhbər bu günə qarşı ya biganə qalırlar, ya da millətlərin göstəriş və etiraz etmələrini əngəlləyərlər.

Qüds günü, müstəzəf millətin taleyinin müəyyənləşdirilməsi lazım olan gündür. Bu gün müstəzəf millətlər kafirlərə qarşı varlıqlarını elan etməlidirlər; İranın qiyam edib kafirlərin burnunu sürtməsi kimi bütün millətlər qiyam etməli və bu fəsad şişini zibilliyə atmalıdırlar.

 

 Qüds günü intriqaçıların hallarının aşkar olması lazım olan bir gündür; Müstəzəfləri kafirlərin pəncəsindən xilas etməyimiz lazım olan gündür, dünya müsəlmanlarının səhnədəki varlığını görməyimiz lazım olan gündür. Bütün kafirlərə, müstəzəfləri rahat buraxmaları və çəkilib yerlərinə oturmaları üçün xəbərdarlıq etmələrinin lazım olduğu gündür. Onların əlinin bütün İslam ölkələrindən kəsilməsi lazımdır; İslam ölkələrindən bütün satılmış nökər və əlaltıları meydandan kənarda qoyulmalıdır. Qüds günü, bax belə bir gündür; İslam millətlərini meydandan kənar qoyub super gücləri meydana çıxarmaq istəyən şeytanlara bunu izah edir. Qüds günü onların bütün əməllərini puça çıxaracaq və keçmiş günlərin artıq keçdiyini xəbərdar edəcək bir gündür.

 

 Qüds günü İslam günüdür; İslamın dirildilməsi, ona yeni həyat verilməsi lazım olan gündür; İslamı dirildək, İslam qanun və hökmlərinin İslam ölkələrində tətbiq olunmasını təmin edək. Qüds günü bütün super güclərə xəbərdarlıq edərək "Artıq bundan sonra İslam, xəbis əlaltılar vasitəsilə sizin təsirinizdə olmayacaq!" deməyimizin lazım olduğu gündür. Qüds günü İslamın həyat günüdür, Müsəlmanlar ağıllarını başlarına yığmalı və sahib olduqları bir çox maddi və mənəvi güc və sərvətlərinin fərqinə varmalıdırlar. Müsəlmanlar 1 milyardı aşan bir əhaliyə sahibdirlər, Allah kimi dayaqları, İslam kimi, iman kimi dayaqları var, niyə qorxsunlar ki!

 

 Dünyadakı dövlətlər bunu bilməlidirlər: İslam məğlubedilməzdir! İslam və Quran hökmləri bütün ölkələrə hökm etməli, qalib olmalıdır, din, ilahi bir din olmalıdır; İslam Allahın dinidir və bütün sahələrdə irliləməlidir. Qüds günü bax belə bir məsələnin elanıdır; "Müsəlmanlar irəli!" deyə çığıraraq bunu elan etməkdədir. Yəni bütün dünyada irərliləmək...

 

Qüds günü təkcə Fələstin günü deyil, İslam günüdür eyni zamanda İslam dövləti günüdür, İslam respublikasının bayrağının bütün ölkələrdə dalğalanmasının lazım olduğu gündür. Super güclərə artıq İslam ölkələrində irəliləyə bilməyəcəklərini izah etmə günüdür.

 

 Mən Qüds gününü İslam və Həzrət Peyğəmbəri Əkrəm (s.a.a.s.) günü bilirəm. Bütün qüvvələrimizi hazır hala gətirməli və müsəlmanların itələndikləri guşədən çıxaraq bütün güclərilə hərəkətə keçib əcnəbilərin qarşısına dikilmələrinin lazım olduğu gündür. Biz bütün gücümüzlə əcnəbilərin qarşısına dikilmişik və başqalarının bizim ölkəmizə qarışmasına yol verməyəcəyik; Müsəlmanlar, başqalarının gəlib onların ölkəsinə qarışmasına imkan verməməlidirlər. Qüds günü millətlər xəyanət edən dövlətlərə xəbərdarlıq etməlidirlər! Kimlərin və hansı rejimlərin beynəlxalq sui-qəsdçilərlə əməkdaşlıq edib İslama qarşı olduğunu anlayacağımız gündür bu! Bu günə qatılmayanlar İslama qarşı və İsrailindən tərəfdarıdırlar; qatılanlar isə dindar, vədinə sadiq və İslam tərəfində və Amerikayla İsrailin rəhbərlik etdiyi İslam düşmənlərinə qarşıdırlar. Haqqın batilə üstün gəldiyi, haqqın batildən ayrıldığı gündür.

 

 Allah Təaladan İslamı bütün təbəqələrə və müstəzəfləri kafirlərə üstün etməsini arzulayıram. Eyni şəkildə Allah Təbarek və Təaladan diləyim Fələstin və dünyanın harasında olsa olsun bütün qardaşlarımızı zülmkar və talançıların əlindən xilas etməsidir.

 

Qüds Günü canlı tutulsun

Qüds günü bütün Müsəlman millətlərin diqqət edib maraq göstərməsi və canlı tutması lazım olan bir gündür. Əgər bütün müsəlman millətlər həmişə birlikdə səslənib səs-küy qopararlarsa, mübarək Ramazan ayının son cüməsi olan Qüds günündə bütün millətlər həmişə birlikdə qiyam edərlərsə, bu bildiyimiz mitinq və yürüşləri edərlərsə, bu təşəbbüs, bu fəsadçıların qarşısını almağımız və İslam torpaqlarında bunların kökünü kəsməyimiz üçün yaxşı bir başlanğıc olar inşaallah. Hey zəiflik göstəririk... müsəlmanlar hey ləng davranırlar.

Millətlər bitərəf qalırlar, çox az aksiya keçirilir, bu məsələlər üçün çox az hərəkətə keçib çox az qiyam edirlər... bundan əmin olun ki, ləng davrandığınız halda bunlar-siyonist israilliler- Fərat qədər gedəcəklər; oraların hamısının özlərinə məxsus olduğunu deyirlər - görmürsünüzmü?- Bunların qarşısına güclü və qərarlı bir şəkildə dikilməlisiniz; Əgər müsəlmanlar, müsəlman millətlər bunların qarşısına dikilər, amma başlarındakı dövlətlər bunu əngəlləmək istəsə ağızlarının payını verib yumruğu vurun! İran Məhəmməd Rzanın -şah- ağzına necə yumruğu yapışdırdısa siz də elə edin. Məhəmməd Rza İslam ölkələrinin başındakı dövlətlər arasında ən güclü olanı idi, hamısından çox dəstəyə malik idi; amma bizim millətimiz qiyam etdi və İslamı istədi, Allahu Əkbər fəryadıyla bu gücü -şahı- aradan qaldırdı. Vəziyyət digər qüvvələr üçün də eynidir. Belə ki, bütün qüvvələr sonuna qədər əl-ələ versələr belə bir millətə heç bir şey edə bilməzlər.

 

İnşallah Qüdsdə namaz qılarıq!

İnşallah Allah Təala bir gün bizi Qüdsdə namaz qılmağa müvəffəq edər! Ümid edirəm ki, müsəlmanlar Qüds gününü böyük bilir və mübarək Ramazan ayının son cüməsi olan Beynəlxalq Qüds Günündə aksiya və tədbirlər təşkil edərlər, məscidlərdə tədbirlər hazırlayıb fəryadlarıyla səs gətirər, meydanı qızışıdrarlar. Bir milyardlıq bir cəmiyyət meydanı qızışdırarsa İsrail başına nəyin gəldiyini anlamaz, şəxsən bu fəryadlardan qorxar. Bu gün bir milyarddan çox sayda olan müsəlmanlar -Qüds günü-  evlərindən çıxıb küçələrə açışaraq "Amerikaya ölüm"!, "İsrailə ölüm"!, "Sovetlərə ölüm"! Deyə bağırarlarsa şəxsən bu "ölüm" fəryadları onlara ölüm gətirəcəkdir. Bir milyard əhali... Bu Qədər yeraltı və yerüstü zənginliyinə malik... Bütün dövlətlər sizin var-dövlətinizə möhtacdırlar; bu səbəbdəndir ki, sizi daim bir-birinizə qarşı salmaq, aranızda ixtilaflar yaradıb siz bu münaqişələrlə məşğul olarkən varınızı-yoğunuzu talamaq, sonra da "kimsə səsini çıxarmasın" demək istəyirlər!

 

Qüds Günü hər kəs hayqırarsa qələbə çalınar

Əgər Qüds günü bütün millətlər qiyam edib hayqırsaydılar o axmaq dövlət onların hayqırmalarına mane ola bilməzdi -ama təəssüf ki, hər kəs deyil - sadəcə az bir qrup qiyam edir.

Əgər Qüds günü bütün müsəlman ölkələrin insanları həmişə birlikdə qiyam və fəryad etsəydilər, məhz Qüds deyil, bütün İslam ölkələrində qələbə qazanarlar. Biz bağırıb fəryad edərək Məhəmməd Rzanı -şahı irandan- qovduq. Bizim onu tüfənglə qovduğumuzu güman edirsiniz? Bağıraraq, fəryad edərək Allahu Əkbərlə! Beyinlərinə o qədər Allahu Əkbər baltası çırpdı, nəyə uğradıqlarından çaşıb bu məmləkətdən dəhşətlə qaçdılar. Müsəlmanlar fəryad etməli, bağırmalıdırlar; şüar və qışqırıb hayqırmağın faydasız olacağı güman edilməsin; xeyr, şüar faydalıdır; Amma təbii ki, hər kəs hamı birlikdə deyərsə. Mənim tək başıma bağırmağım heç bir şey deyil. Bir məhəllə və ya bir şəhərin bağırması da bir bir şey deyil. Baxın, İranda yüksələn fəryadlar Tehran, Qum və ya Əhvaz şəhərləri ilə məhdudlaşmamış deyil, əksinə, birdən görərsiniz ki, İslam İnqilabı -inqilab mühafizəçiləri millətə "filan gecə evləriniz damına çıxıb təkbir deyir" deyər, hamı itaət edər.

İmam Ruhullah Musəvi Xomeyni: Ey dünya Müsəlmanları! Ey dünya müstəzəfləri! Qalxın, hərəkətə keçin və müqəddəratınızı öz əllərinizə alın. Nə vaxta qədər belə oturub taleyinizi Vaşinqton və ya Moskvanın təyin etməsini gözləyəcəksiniz?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap