header

 AİP Qüds Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Azərbaycan İslam Partiyası Ramazan ayının sonuncu cümə günü ilə əlaqədar beynəlxalq soinizmə və İsrail rejiminə etiraz olaraq keçirilən Beynəlxalq Qüds günü ilə bağlı şəhidlər xiyabanını ziyarət edib

ziyarət mərasimində AİP rəhbərliyi, komitə sədrləri, partiya üzvləri, siyasi xadimlər  və inanclı kəsimi nümayəndələri iştirak ediblər.

Şəhidləri ziyarət edilərək ruhları haqqınd dualar edib. Ziyarət mərasimindən sonra çıxış edən AİP-in sədr əvəzi qeyd etdi ki, sionizmin əleyhinə yönələn səslər və etirazlar əslində zülmün, işğalçılığın və imperializmin əleyhinə yönəlib. Və Azərbaycan xalqı da daima bu zülmlə mübarizədə öndə gedib və haqq səsini ucaldıb. 

“Azərbaycan xalqının da torpaqlarının 20%-dən çoxu işğal altındadır. Bu baxımdan xalqımızın da haqqı tapdalanıb və bizlər də məzlum xalqlar sırasındayıq. Ona görə də daima işğalçılığa qarş öz haqq səsimizi qaldırmalı və dünya məzlumlarının müdafisəsi istiqamətində daima öndə olmalıyıq.”

 

 

 

Sonda AİP-in Qüds Günü ilə bağlı bəyannaməsi oxunub.

 

Bəyannamədə deyilir:

 

Bu gün İslam dünyası ciddi sınaq qarşısındadır.  İslam aləminin bu narahatçılığı 20-ci əsrin ortalarında Fələstin xalqının dəhşətli və böyk fəlakətlərlə əhatələnmiş dövrünü yaşamaqdan, xüsusən 1968-1969-cu illərdə sionistlərin müsəlmanların ilk qibləgahı Məscüdül-Əqsanın bir hissəsini yandırması ilə başladı.  Məhz o dövrdə böyük İslam alimi Seyid Ruhulla Musəvi Xomeyni onların bu əməlinin cavabsız və cəzasız qalmasına etirazını bildirdi. İran İslam İnqilabı qələbə çaldıqdan sonra isə İmam Xomeyni İslam dünyasını, onun gələcək taleyini düşünərək uzaqgörənlik fəlsəfəsi ilə 1982-ci ildə Fələstinin azadlığına dəstəyi sinvolizə edərək İslam dünyasının, ədalətin, haqqın, insani dəyərlərin qurtuluşu və qorunmasından ötrü Ramazan ayının sonuncu cümə gününün “ Qüds günü” adı ilə qeyd olunması təşəbbüsünü tarixə yazdı.

 

Unudulmaz təqvim sionist İsrail qondarma dövlətinin qəsbkarlıq anlamında olan bütün siyasətinin qarşısının alınması üçün müsəlmanlara, sülhsevər bəşəriyyətə bir mənəvi stimul verdi. Zülmə qarşı etirazı özündə ehtiva edən tarixi gündə zalımlara nifrət hissi alovlanmaqdadır. Rəhm və mərhəmətdən uzaq olan qəsbkar İsrail rejiminin 70 il Fələstinin müsəlman əhalisini-qocasına, körpəsinə, qadınına baxmadan kütləvi qətliama məruz qoyması İslam vəhdətini keçilməz, zülmdən qurtuluş üçün əvəzlənməz bir zərurətə çevirmişdir. İşğalçı reyimə himayədarlıq edən  güc mərkəzləri-Qərb dairələri, ABŞ yeni müstəmləkəçilik, istismarçılıq, müsəlman xalqlarına qarşı əsarət niyyətlərini reallaşdırmaqla sionizmdən diqqəti yayındırmağa çalışırlar. İraqın, Əfqanıstanın, Liviyanın, Suriyanın, o cümlədən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın, digər müsəlman torpaqlarının hərbi təcavüzə  məruz qalması, müqəddəs torpaqların istismarçı dövlətlərin qəsbkar ordu qüvvələrinin nəzarətində saxlanması “Beynəlxalq  Qüds Günü”nün  böyük əhəmiyyətini,  İslamın və müsəlman dünyasının taleyində  mühüm önəm daşıdığını sübut edir.

 

Sözsüz ki, İslam vəhdəti ilə, zülmün, istismarın, işğalın və qəsbkarlığın qarşısında  birgə dayanmaqla həmin mərkəzlərin niyyətlərini puç etmək mümkündür. Biz bütün dünya müsəlmanlarını ölkələrinin istismarçı dövlətlər tərəfindən, başda sionist İsrail reyimi olmaqla  silah satışı bazarına çevirməsinə yol verməməyə çağırırıq. Onların məqsədi müsəlmanların rifahı və xoşbəxtliyinin təminatı deyil, bizləri qarşı-qarşıya qoyaraq məhv etməkdir. Bununla onlar dünyaya nəzarəti ələ keçirmək, malik olduğumuz təbii, iqtisadi və mənəvi sərvətlərimizi ələ keçirmək istəyindədirlər.Güc mərkəzləri ayrı-ayrı ölkələrdə despotik monarxiya rejimləri yaratmaqla müxtəlif müsəlman xalqlarını zülmə məruz qoyurlar.  Qüds gününün fəlsəfəsi də məhz müsəlman xalqlarını birliyə, vəhdətə aparmaqla Allahın düşmənlərinə qarşı birgə mübarizədir ki, İmam Xomeyni bu mübarizənin vacibliyini, İslam dünyasının taleh məsələsi olduğunu qabaqcadan görmüş və tarixi ideyasını irəli sürmüşdür.

 

Biz tədbir iştirakçıları bu günü bəşəri bir dəyər hesab edir,  insanlığın qurtuluşu üçün İslam dininin özü qədər qiymətli, ictimai-siyasi, mənəvi-psixoloji bir amil və şərt kimi qiymətləndiririk. İnanırıq ki,birliyimiz, həmrəyliyimiz, vəhdətimizlə bütün müsəlman torpaqlarını, o cümlədən Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağımızı canımız, qanımız bahasına da olsa azad edəcəyik. Amin!

                     

  23.06.2017

Azərbaycan İslam Partiyası Ramazan ayının sonuncu cümə günü ilə əlaqədar beynəlxalq soinizmə və İsrail rejiminə etiraz olaraq keçirilən Beynəlxalq Qüds günü ilə bağlı şəhidlər xiyabanını ziyarət edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap