Türkiyə Hələbin şimalındakı terrorçulara hərbi təchizat göndərdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Türkiyə Hələbin şimalındakı terrorçulara hərbi təchizat göndərdi
Suriyanın şimalında Əzzaz bölgəsinin cəbhə xəttində olan mənbənin verdiyi xəbərə görə Türkiyə, özlərini müxalif kimi tanıdan terror qruplarına himayət qəsdi ilə məntəqəyə çoxlu sayda hərbi təchizat göndərib.
Türkiyənin himayə etdiyi “Liva əl-Mutəsim” terror qrupunun siyasi şöbə rəisi Mustafa Seyjəri bildirib: “Türkiyənin xüsusi təyinatlı qüvvələri hərbi təchizatı Suriyaya daxil etdiklərində, (işğal altında olan) Tell Rəfət və digər kəndlərin sakinləri həl-hələ edərək onları qarşılayıblar.
Suriyanın “Ara” xəbər saytının verdiyi məlumata görə, Türkiyə çərşənbə axşamı tank və digər hərbi texnikalardan ibarət təchizatı Suriyanın şimal-qərb bölgəsində yerləşən Mari şəhərinə daxil etdiyini bildirmişdir.
Suriyanın insan hüquqlarının müdafiə təşkilatı, Türkiyənin yeni əməliyyatların başlanğıcına hazırlıq ilə əlaqədar həmin təchizatı məntəqəyə daxil etdiyini bildirib. Bundan öncə isə, özlərini müxaliflər kimi tanıdan terror ünsürlərini xalqın müdafiəsinə qalxmış birliklərin əleyhinə qaldırmışdır.
Türkiyənin işğalçı əməliyyatları başladıqdan sonra, Suriya hökuməti keçən ildən “Furat Sipəri” ünvanı altında aktiv qüvvələri Cerablus, Əl-Bab, Əzzaz və Ər-Rai məntəqələrində yerləşdirilmişdir.