header

 İran Suriyada İŞİD-ə qarşı keçirdiyi əməliyyatın nəticələrini açıqladı

İranın İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) bazar günü keçirilən İŞİD terror təşkilatı əleyhinə keçirilən əməliyyatın nəticələrini açıqlayıb.

 İranın İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) bazar günü keçirilən İŞİD terror təşkilatı əleyhinə keçirilən əməliyyatın nəticələrini açıqlayıb.

Sepah-ın bazar günü keçirdiyi məlum əməliyyat zamanı 6 ədəd “yer-yer” tipli ortamənzilli ballistik raketlə Suriyanın Deyr-əz-Zor əyalətindəki terrorçuların mövqelərinə zərbə endirilib. 170-dən çox terrorçu məhv edilib, çox sayda terrorçu isə yaralanıb. Cinayətkarlara, o cümlədən də onların texnikasına ciddi ziyan dəyib.”, - deyə Sepah-ın bəyanatında deyilir.

Qeyd edilir ki, zərbə nəticəsində məhv edilmiş terrorçuların arasında təşkilatın liderləri və digər nüfuzlu üzvləri də var.

Döyüş və terrorçuların komandanlığının qərargahının yeri haqda kəşfiyyat məlumatlarının toplanılması da daxil olmaqla, əməliyyatın bütün mərhələlərini Sepah-ın “Qüds” qüvvələri həyata keçirib və daha sonra həmin informasiyalar Sepah-ın Hava Kosmik Qüvvələrinə təqdim edilib.

Sepah qeyd edib ki, İranın milli təhlükəsizlik və qüdrəti məsələlərində qətiyyətli şəkildə hərəkət edəcək, düşmənlərin təhdidləri ilə mübarizə aparacaq və “bədxahları cəzalandıracaq”.


İranın İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) bazar günü keçirilən İŞİD terror təşkilatı əleyhinə keçirilən əməliyyatın nəticələrini açıqlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap