header

 Azərbaycanda bir tibbi arayışa görə ildə 3-5 milyon manat rüşvət yığılır

“Hesablamalar göstərir ki, tibbi arayışlara görə yığılan rüşvətin illik məbləği 3-5 milyon manata çatır”.

bu fikirləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu öz Facebook hesabında yazıb. Qubad İbadoğlu rüşvətxorluqla mübarizə yollarına da toxunub. O, bildirib ki,  ABŞ-ın Şimalı Karolina ştatından ilk dəfə 2009-cu ildə sürücülük vəsiqəsi almaq üçün müraciət edəndə imtahana başlamamışdan əvvəl onun sağlamlıq durumunu yoxlayıblar: “Həmin vaxt elə imtahan götürülən otaqda sənədlərin qəbulundan sonra sadə tibbi yoxlamadan keçdim. Mikroskopa oxşar aparatdan baxanda gördüyüm rəqəmlər, hərflər və yol hərəkəti nişanlarını soruşmaqla, həm gözümün görmə, həm də qulağımın eşitmə qabliyyətini yerindəcə müəyyənləşdirdilər. Bununla da sürücü üçün lazım olan sağlamlıq durumu dəyərləndirildi və tibbi arayışı aldım”.

 

Fikirlərinə davam edən ekspert qeyd edir ki, Azərbaycanda isə sürücülük imtahanına getməmişdən əvvəl ayrıca "Sürücülüyə yararlı olmaq barədə tibbi arayış" tələb olunur: “Bu arayışın froması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 dekabr 2016-c il tarixli 100 nömrəli əmri ilə təsdiq edilib." Bu arayışın verilməsi üçün qandan, sidikdən analiz vermək, kardioloji, endrokonoloji, qinekoloji (xanımlar üçün) müayinədən kecmək, göz, burun, boğaz, qulaq və sair orqanları yoxlamaq nəzərdə tutulub. Göüründüyü kimi, ABŞ-da yalnız gözün görmə və qulağın eşitmə qabliyyətinin imtahan götürülən yerdə yoxlanılması həyata keçrildiyi halda, Azərbaycanda sağlamlıq durumunun hərtərəfli dəyərləndirilməsi üçün xüsusi polikilinkalardan tibbi arayış gətirmək tələb olunur. Əslində bu o zaman faydalaı olardı ki, doğurdan da belə tibbi yoxlamalar ödənişsiz və düzgün həyata keçirilərdi. Amma, belə yoxlamalar formal xarakter daşıyır. Polikilinkalar bu arayışı yaşından və səhhətindən asılı olmayaraq istənilən şəxsə 35-50 manata "satırlar". Qiymət sövdələşmədən asılıdır”.

 

Hər gün anti-korrupsiya bəyanatları ilə çıxış edən hakimiyyətin belə klassik rüşvət formasını saxlamaqda marağı nədir?

 

Məgər çox çətindirmi, korrupsiya mənbəyi olan bu cür mənasız yoxlamaları ləğv edib, sürücülük hüququ əldə etmək istəyənlərin yalnız eşitmə və görmə qabliyyətlərini yoxlamaq və bunu mərkəzləşdirilmiş qaydada həyata keçirmək? Niyə etmirlər? Kim mane olur?

 

Qubad İbadoğlunun sözlərinə görə, orada yığılan pulların hara getdiyini bilsək, o zaman bu sualları cavablandırmaq asan olar: “Bildiyim qədər eyni problemlərlə abituriyentlər, tələbələr və hətta universitetlərdə və digər təşkilatlarında işləyənlər də qarşılaşırlar. Onlar da bu rüşvət fonduna ildə ən azı bir dəfə sərmayə qoyurlar. Təqribi hesablamalara görə yalnız tibbi arayışlara görə yığılan rüşvətin illik məbləği 3-5 milyon manat arasında dəyişir.

“Hesablamalar göstərir ki, tibbi arayışlara görə yığılan rüşvətin illik məbləği 3-5 milyon manata çatır”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap