Moskvada İŞİD-ə aid bomba istehsalı mərkəzi aşkar edilib
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Rusiyanın təhlükəsizlik məmurları Moskvada İŞİD-ə aid partlayıcı maddə və bomba istehsalı mərkəzi aşkar ediblər.
IRNA-nın məlumatına
görə, indiyədək Rusiyada terror əməliyyatları təşkil etməkdə ittiham olunan bir
neçə şübhəlini həbs etmiş Rusiya Federal Təhlükəsizlik Xidməti dünən
bildiribdir ki, Moskvada İŞİD-ə aid partlayıcı maddə və bomba istehsalı mərkəzinin
aşkar edilməsi əməliyyatında dörd İŞİD terrorçusu da həbs olunubdur.
Bu məlumata görə,
həbs olunan şəxslər Moskvanın nəqliyyat sistemində bir terror əməliyyatını
planlaşdırırmışlar.
Məmurların
terrorçuların istifadə etdikləri məkanları təftiş etmələri zamanı partlayıcı
maddələr laboratoriyasından əlavə, bir əldəqayırma bomba, bomba istehsalı
detalları, bir neçə ədəd silah və sursat, ekstremizm və terrorizm baxışlarını
yayan iri həcmli disklər və təbliğat nəşrləri aşkar edilibdir.
Rusiya son
aylarda bir neçə terror hücumunun şahidi olub. Bu hücumların ən faciəlisində
bazar ertəsi günü aprelin 2-də Sankt-Peterburq şəhərinin “Texnologiçeskiy
İnstitut” adlı metro stansiyasında terror partlayışının baş verməsi nəticəsində
azı on nəfər ölmüş, 50 nəfər də yaralanmışdı.
Rusiya 2015-ci
ilin ortalarından Suriya hökumətinin rəsmi istəyinə əsasən, həmin ölkədə hərbi
iştiraka malikdir və özünün hava-kosmos qüvvələrindən istifadə edərək, İŞİD və
Cibhətunnusrə terrorçularının mövqelərini bombalayır və suriyalı hərbçilərin quru
əməliyyatlarına dəstək verir. Məhz bu məsələ Rusiyada terror hücumlarının
artmasına səbəb olubdur.