header

 İrandan ABŞ və İsraili qəzəbləndirəcək addım

İranın İnqilab Keşikçiləri Ordusunun hərbi-kosmik qüvvələrinin komandanı ölkəsinin planları haqda danışıb

İranın İnqilab Keşikçiləri Ordusunun (Sepah) hərbi-kosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib ki, Sepah ölkənin raket qüdrətini artıraraq, daha bir yeraltı kompleksdə raket istehsal edəcək. Beləliklə də, həmin kompleks sayca 3-cü yeraltı kompleks olacaq.

Addım-ba-addım, pillə-pilə biz öz müdafiə potensialımızı inkişaf etdiririk. Bununla bağlı olaraq mən bildirirəm ki, Sepah son bir neçə il ərzində raket istehsalı üzrə sayca 3-cü yeraltı zavodunu təsis edib.”, - deyə o bildirib.

O qeyd edib ki, İran tərəfindən raketlərin istehsal edilməsi və onların sınaqlarının keçirilməsi “İranın düşmənlərini, yəni ABŞ və İsraili” narahat edəcək və əsəbiləşdirəcək. Bu iki ölkə isə İran xalqını zəiflətmək istəyirlər.

Hacızadə işarə edib ki, İran tezliklə “Dizful" adlı yeni quru-quru tipli ballistik raket yaradacaq. Həmin raket ölkənin cənub-qərbindəki şəhərin şərəfinə adlandırılıb.

Qeyd edək ki, İran yanvar ayının 29-u ortamənzilli ballistik raketin sınağını keçirib. Bundan sonra ABŞ sanksiyalar siyahısını genişləndirərək oraya 13 fiziki şəxsin adını daxil edib: İran, BƏƏ, Küveyt, Çin, Küveyt və Livan vətəndaşları. Həmçinin İran, Livan, Çin və BƏƏ-də yerləşən 12 şirkətin adı da siyahıda var.

İranın İnqilab Keşikçiləri Ordusunun hərbi-kosmik qüvvələrinin komandanı ölkəsinin planları haqda danışıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap