header

 Həzrəti İmam Rza (ə)-dan hacətlərin qəbulu üçün gözəl tövsiyyə

Heç bir şübhə yoxdur ki insan çətinlik halında, sıxıntı halında öz rəbbinə dua etməlidir. Öz istək və hacətlərini rəbbindən istəməli, yalnız onun rəhmətinə ümüdlü olmalıdır

İnsanın duası, onun öz rəbbi ilə münacatı, qəlbi bağlılığı deməkdir. İnsan dua edir, rəbbindən istəyir. Peyğəmbər (s) və imamlar (ə) bu yolda, insanın rəbbinə yaxınlaşması yolunda bir cox tövsıyyə və göstərişlər vermışlər. Məsələn qəlbi hazırlıq, namaz qilmaq, oruc olmaq, sədəqə vermək, Allah yanında məqam sahibi olan kəslərə təvəssül etməylə və sair işlər ki, insanı rəbbinə yaxınlaşdırır.

 

İmam Rza (ə)dan rəvayət olunan hədisdə buyrulur:

 

 Elə ki sənə bir dünya çətinliyi üz verdi dəstəmaz al və iki rəkət namaz qıl. Hər iki rəkətdə həmd surəsindən sonra on üç dəfə qədr surəsini oxu. Eləki namazı qurtardın səcdəyə get və oxu:

 

«اَللهُمّ یا فارِجَ الهَمّ وَ کاشِفَ الغَمّ وَ مُجیبَ دَعوَة المُضطَرّین وَ رَحمنَ الدّنیا وَ رَحیمَ الآخِرَة صَلّ عَلی مُحَمد وَ آل مُحَمد وَ ارحَمنی رَحمَة تُطفِئ بِها عَنّی غَضَبَکَ وَ سَخَطَکَ وَ تُغنِیَنی بِها غَمّن سِواک»

 

Allahum mə ya faricəl həmmi və kaşifəl ğəmmi və mucibə dəvətil muztərrin və rəhmanəd dunya və rəhiməl axirəti. salli alə muhəmmədin və ali muhəmməd. vərhəmni  rəhmətən tətfiu bihə ənni  ğəzəbəkə və səxətəkə  və tuğniyəni bihə ən mən sivak.

 

Sonra üzünün sağ tərəfini yerə qoyub bu zikri de :

 

«یا مُذِلّ کُلّ جَبّار عَنید وَ یا مُعِزّ کُلّ ذَلیلِ وَ حَقّکَ قَد بَلَغَ المَجهُودُ مِنّی فی اَمرٍ کَذا فَفَرّج عَنّی»

 

Ya muzillə kulli cəbbarın ənid. Ya muizzə kulli zəlil bə həqqikə qəd bələğəl məchudu minni fi əmrin kəza. Fəfərric anni.

 

Sonra üzünün sol tərəfini qoy bu zikri birdaha de. Hacətini istə. Mütəal Allah sənə nər höv cətinlikdən qurtarar.

 

Y.Nuriyev./ İslamazeri.com

Heç bir şübhə yoxdur ki insan çətinlik halında, sıxıntı halında öz rəbbinə dua etməlidir. Öz istək və hacətlərini rəbbindən istəməli, yalnız onun rəhmətinə ümüdlü olmalıdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap