header

 İŞİD Filippinin Maravi şəhərini ələ keçirib- VİDEO

Adada hərbi vəziyyət elan olunub

Filippin prezidenti Rodriqo Duterte Mindanao adasında hərbi vəziyyət elan edib. FaktXeber.com-un Life- aistinadla verdiyi məlumata görə, qərara səbəb İŞİD terror təşkilatının üzvlərinin Maravi şəhərini ələ keçirmək istəmələri və bununla bağlı onlarla hökumət qüvvələri arasında başlayan qarşıdurma olub.

Bundan əvvəl Filippin  müdafiə naziri  Delfin Lorenzana bəyan etmişdi ki, Maravi şəhərində reyd zamanı 2 əsgər və polis həlak olub, daha 12 nəfər yaralanıb.

Qeyd edək ki, İŞİD terror təşkilatına sədaqət andı içmiş «Əbu Səyaf» və «Maut» silahlı qruplahmaları xəstəxananı, həbsxananı mühasirəyə almış və katolik kilsə də daxil olmaqla  bir neçə binanı yandırmışlar.

Bundan başqa şəhərin girişində nəzarət keçid məntəqəsini tutmuşdular. Sonradan məlum olmuşdu ki, terrorçular  keşişi və kilsəyə gələn ziyarətçiləri girov götürüblər.

Hadisə baş verən vaxt Filippin lideri  Rusiyada rəsmi səfərdi idi, lakin xəbəri eşidən kimi Manilaya qayıdıb. Bununla belə  Duterte, RF lideri Vladimir Putindən İŞİD terrorçuları ilə mübarizə üçün «müasir silahlandırma» istəməyə imkan tapıb.

Adada 60 günlük hərbi vəziyyət elan edilib. Ancaq rejimin 1 il davam edəcəyi düşünülür. 

Qeyd edək ki,  Filippin Prezidenti Rodriqo Duterte Çinə səfəri zamanı ABŞ-dan uzaqlaşaraq, əbədi olaraq bütün əlaqələri kəsmək niyyətində olması haqda elan etmişdi. Duterte bildirmişdi ki, artıq Çin və Filippin arasındakı münasibətlər yenidən "çiçəklənəcək", hansını ki, ABŞ barədə demək olmaz: "ABŞ məni əldən verdi. Mən özümün sizin ideoloji axında üzdüyümü anladım. Və yəqin ki, mən Putinlə danışıqlar üçün Rusiyaya da gedəcəm. Mən ona deyəcəm ki, biz burada dünyaya qarşı olan üç "nəfərik" - Çin, Filippin və Rusiya. Bu yeganə yoldur!"

Adada hərbi vəziyyət elan olunub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap