Qasemi: Mircavədən Mançesterədək terrorizmin kökü eynidir
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
İran Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərənin Mançester şəhərindəki terror hücumunu pisləyərək, deyib ki, Mircavədən Mançesterədək terrorizmin kökü eynidir və bu kök kəsilməlidir.
Bazar ertəsi
günü axşamçağı "Mançester Arena" salonunda baş verən partlayış nəticəsində
azı 22 nəfər ölüb, təqribən 50 nəfər də yaralanıbdır.
İran Xarici İşlər
Nazirliyinin sözçüsü Bəhram Qasemi İngiltərənin Mançester şəhərindəki terror
hücumu qurbanlarının ailələrinin kədərinə şərik çıxaraq, deyib: İfratçılıq və
terrorizmin silahlandırılması və yayılmasının əsasları barədə yanlış ünvanın
verilməsi və zahiri koalisiyaların nəticələrindən biri, onun dünyanın müxtəlif
məntəqələrindəki xərçəngvari yayılmasıdır və ikili standartlardan uzaq və əhatəli
mexanizmlərin yaradılması və qətiyyətdən başqa, heç bir yolla onun kökü kəsilməyəcəkdir.
Aprelin 26-da
terrorçu "Ceyşulzulm" qruplaşmasının ünsürləri İranın Sistan və Bəluçestan
vilayətinin Mircavə məntəqəsində 9 iranlı sərhədçini şəhid etdilər. Onlar həmçinin
yaralı sərhədçilərdən birini özlərilə Pakistana apardılar.