header

 Səud kralı İnterpolun axtardığı şəxsə vətəndaşlıq verdi

Terrora dəstəkdə ittiham olunan Zakir Naik krala beyət etdikdən sonra vətəndaşlıq verdiyi bildirilir

Hindistan vətəndaşı olan və İntorpol xəttilə axtarışa verilən mübəlliğ Zakir Naikə Səud kralı Məlik Salman tərəfindən ikinci vətəndaşlıq hüququ təqdim olunub. Terrora dəstəkdə ittiham olunan Zakir Naik krala beyət etdikdən sonra vətəndaşlıq verdiyi bildirilir.

 

Hind Milli İstintaq Agentliyi (NIA), INTERPOL-dan Naik haqqında qırmızı bülleten çıxarmasını istəyini ötən həftə açıqlamışdı. Naiklə bağlı xəbərdə, terrora maliyyə dəstəyi təmin etmək və çirkli pulların yuyulmasında ittiham edildiyi ifadə edilirdi.


Kəşfiyyat mənbələri Naikin Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanında gizləndiyini və ya Malayziya ilə İndoneziya arasında gedib-gəldiyini irəli sürüb.

 

Dinlər tarixi və müqayisəli dinlər sahəsində mütəxəssis olan 51 yaşlı Naik 2005-ci ildə həyatını itirən cənubi afrikalı məşhur mübəlliğ (təbliğatçı - red.) Əhməd Didatın tələbəsidir və öz televiziya kanalı "Peace TV" və digər platformalar vasitəsilə verdiyi konfrans və dərslərlə dünya miqyasında tanınır.


NIA-nın Naik haqqında yürütdüyü 10 aylıq bir istintaq nəticəsində Naikin banisi olduğu İslami Araşdırma Fondu və ona bağlı televiziya kanalı qadağan edilmiş, Naikin fonduna və ona bağlı tərəfdaşlıqlarına aid 37 mülk müsadirə edilib.


İstintaqı yürüdən nazir Mumbaidəki xüsusi səlahiyyətli NIA məhkəməsi, "tutulmaqdan qaçacağı və agentliyin və məhkəmənin hüzuruna könüllü olaraq çıxmayacacağı" səbəbilə girovsuz həbs əmri çıxarmışdı. / İslamazeri.com

Terrora dəstəkdə ittiham olunan Zakir Naik krala beyət etdikdən sonra vətəndaşlıq verdiyi bildirilir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap