Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri
“Dər məhzəre Aəyətullah Behcət” əsərində (səh-194)
o airfdən, nazil ola biləcək bəlaları dəf etmək haqda bir neçə tövsiyə deyilir:
Ayətullah Behcət
deyir:
“Düçar
olduğumuz bu bəlaların dəf edilməsi üçün cənablar faydalı bir şeylər bilirlərsə
onu desinlər ki camaat onu edərək bəlaları özlərindən uzaq saxlasınlar. Quran
da buyurur ki, “Mən, madam ki sən onların arasındasan və madam ki onlar
istiğfar edirlər, onlara əzab vermərəm”. Quran yenə buyurur ki, "Bizim əzabımız
onların sorağına gələndə niyə ahu-zar etmədilər”. Allahın kitabında yenə
buyurulur ki, “Onlar iman gətirdikdə alçaldıcı əzabı bu dünyada onlardan
götürdük və müəyyən zamana qədər onları bəhrələndirdik”. Sabiq ümmətlərdə
Allahın əzabı Peyğəmbərlərini dediyi tərtiblə onlara nazil oldu. Onlar hamısı yəqin
etdilər ki bunlar Allahın əzabıdır və yenə nazil olacaq. Onlar həmin əzabları
Allah dərgahına ahu-zar etməklə dəf etdilər. Sünnət budur ki Allahın qeybdən mələklərlə
göndərdiyi əzablar, Allahı diqqətdə saxlamaq, ona müraciət etmək və dərgahına
ahu-zar etməklə dəf edilir və indi də bizə gələcək əzabları bu yolla dəf edə
bilərik” / İslaminSesi