header

 "Nardaran işi"ndə şahid ifadə verib: "Taleh Bağırovu məclislərdən tanıyıram"

"Nardaran işi"ndə şahid ifadə verib: "Taleh Bağırovu məclislərdən tanıyıram"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

İslaminSesinin "Report"a istinadən  xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Nurməmmədov ifadə verib.

 

O, Taleh Bağırovu məclislərdən tanıdığını söyləyib. Daha sonra şahidin istintaqa verdiyi ifadəsi elan olub. Ə.Nurməmmədov istintaqda dindirilərkən deyib ki, T.Bağırov məclislərdə dövlət əleyhinə çağırışlar edib.

 

Şahid Möhvsüm Beytullayev istintaqda verdiyi ifadəsindən imtina etdiyini deyib.

 

Proses iyunun 5-də davam etdiriləcək. 

"Nardaran işi"ndə şahid ifadə verib: "Taleh Bağırovu məclislərdən tanıyıram"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap