header

 Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu, dəhşətli planın üstü açıldı

Türkiyənin paytaxtı Ankarada, İŞİD terror təşkilatının iki üzvü öldürülüb.

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Ankara meri Ərcan Topaca deyib ki, terrorçular AKP-nin qurultayı zamanı, həmin binada partlayış törətmək istəyiblər: "Onlar prezident Ərdoğanın da iştirak etdiyi AKP-nin qurultayını partlatmaq istəyiblər".

 

Topaca daha sonra deyib:

 

"İŞİD-in Azərbaycandan olan üzvü İstanbulda həbs edilib. Onun ifadəsindən sonra terrorçuların planının üstü açılıb".

 

Merin dediyinə görə, həmin azərbaycanlı terrorçunun son dövrlərdəki fəaliyyəti diqqət çəkib: "O, İstanbulda maşın kirayə götürüb və iki nəfər terrorçunu Ankaraya gətirib. Onu artıq İstanbulda izləməyə başlayıblar. Azərbaycan vətəndaşı Ankaraya iki terrorçunu gətirəndən sonra yenidən İstanbula qayıdıb. Onu elə İstanbula çatan zaman tutublar. Həmin şəxs deyib ki, Ankarada terror aktı hazırlanır. Bundan dərhal sonra əməliyyat planı hazırlanıb və terrorçular paytaxtda məhv edilib". Sputnik

Türkiyənin paytaxtı Ankarada, İŞİD terror təşkilatının iki üzvü öldürülüb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap