ABŞ və Səudiyyə Ərəbistanının 280 milyard dollarlıq razılaşması
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatları başçıları müxtəlif sahələrdə, xüsusilə də hərbi sahədə 280 milyard dollar dəyərində bir çox müqavilələr imzalayıblar.
Əl-Aləm
televiziyasının məlumatına görə, bu müqavilələr şənbə günü ABŞ prezidenti
Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Kral Salman tərəfindən Ər-Riyadda
imzalanıb.
Ağ Ev də Trampın Ərəbistana
səfərində iki ölkənin imzaladığı hərbi müqavilələrin dəyərinin 110 milyard
dollar olduğunu bildirərək bu hərbi müqavilələrin terror təhdidləri qarşısında
Fars körfəzinin təhlükəsizliyinin qorunması istiqamətində olduğunu iddia edib.