Tillerson və Adil əl-Cübeyrin mətbuat konfransı
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin Ər-Riyadda birgə mətbuat konfransı İranofobiya mehvəri və İran İslam Respublikasına qarşı əsassız ittihamların təkrarlanması ilə keçirilib.
İRİB-in məlumatına
görə, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr bu mətbuat
konfransında ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərini iki
ölkənin tarixi əlaqələrində dönüş nöqtəsi adlandırıb və ABŞ və Ərəbistanın İranın
regiondakı müdaxiləçi hərəkətlərinin qarşısını almaq üçün səhnəyə daxil
olacaqlarını iddia edib.
Səudiyyə Ərəbistanı
rejiminin xarici işlər naziri iddia edib ki, Vaşinqton və Ər-Riyad İran İslam
Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramının müddəalarına riayət etməsi
və terrorizmə dəstəyini dayandırması istiqamətində çalışacaqlar.
ABŞ dövlət katibi
Reks Tillerson da bu mətbuat konfransında şənbə günü ABŞ prezidenti Donald
Tramp və Səudiyyə Ərəbistanı kralı Kral Salman tərəfindən imzalanan iki ölkənin
yeni hərbi müqavilələrinə toxunaraq iddia edib: Vaşinqton və Ər-Riyadın hərbi
müqavilələri İran İslam Respublikasının bədxah nüfuzu qarşısında Ərəbistan və
Fars körfəzinin təhlükəsizliyini dəstəkləməsinə səbəb olacaq.
ABŞ dövlət katibi həmçinin
iddia edib ki, Vaşinqton və Ər-Riyad İran İslam Respublikasının bölgədə ixrac
etdiyi radikallıqla mübarizə üçün koordinasiya etməkdədirlər.
Səudiyyə Ərəbistanı
xarici işlər naziri və ABŞ dövlət katibinin İran İslam Respublikası əleyhinə əsassız
iddiaları ilə yanaşı qeyd etmək lazımdır ki, region ölkələri, o cümlədən İraq,
Suriya və Yəmən son illər ərzində ABŞ və Səudiyyə Ərəbistanının terror
qruplarına hərtərəfli dəstəkləri nəticəsində terror aktları, de-stabillik və
günahsız vətəndaşların qətli artmışdır.
Ağ Evin bir rəsmisinin
dediyinə görə, Trampın Səudiyyə Ərəbistanına səfərində məqsəd regionda
terrorçularla mübarizədə yüksək rola malik olan İran İslam Respublikasını təcrid
etməkdir.