İranın hərbi qüdrəti haqda ABŞ-ın məlumat zəifliyi
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
İranın Silahlı Qüvvələrinin sözçüsü deyib: Hərbi cəhətdən İran İslam Respublikasının maddi və mənəvi qüdrəti haqda amerikalıların məlumatı çox məhduddur.
General Seyid Məsud
Cəzayiri əlavə edib: İran İslam Respublikasının müdafiə qüdrəti haqda ABŞ-ın bəzi
qurumlarının yaydıqları məlumatlarla bu nəticəyə çatmaq olar ki, ABŞ-ın hərbi və
təhlükəsizlik xidmətləri İranın müdafiə potensiallarının dərinliyini dərk edə
bilmirlər.
O bildirib: İranın
önləyici qüdrəti aktiv önləyiciliyə əsaslanır. Belə ki, hər bir təcavüzkarı məhvə
və təslimə qədər təqib edəcək.
İranın Silahlı Qüvvələri
sözçüsü həmçinin regionda müharibə və de-stabilliyin artmasında ABŞ və sionist
rejimin roluna toxunub: Qərbi Asiyada stabillik və dincliyin bərpa olunması bu
strateji bölgədən əcnəbilərin çıxmasını tələb edir.