header

 Trampın gözlənilən Səudiyyə səfəri başladı

ABŞ Prezidenti Donald Trampın may ayı üçün nəzərdə tutulmuş turnesi start götürdü.

“Al Arabia” telekanalına istinadən, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına gəldi. Bura Trampın ölkə başçısı olaraq debüt xarici turnesi çərçivəsində ziyarət etdiyi ilk ölkədir.

 

Tramp Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı ilə ikitərəfli danışıqlar aparacaq, bazar günü is Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurasına daxil olan 6 ərəb monarxiya başçısı ilə görüşdə və ərəb və müsəlman ölkələrinin liderlərinin iştirak etdiyi sammitdə də iştirak edəcək.

 

Gözlənilir ki, Trampla Səudiyyə rəhbərliyi arasındakı danışıqlarının baş mövzuları terrorçuluq və İranın Yaxın Şərqdəki siyasəti ilə mübarizə olacaq. Həmçinin ABŞ istehsalı silahların alınması da daxil olmaqla, böyük müqavilələrin imzalanacağı da gözlənilir.

 

Trampın səfəri zamanı krallıq bütün dünyanın müxtəlif yerlərindən olan 200-ə yaxın alim və ilahiyyatçının iştirakı ilə terrorçuluqla mübarizəyə dair forum keçirəcək.

 

Qeyd edək ki, Tramp may ayında Səudiyyə Ərəbistanı, İsrail, Vatikan və İtaliyaya səfər, həmçinin NATO-un Brüsseldəki sammiti və “böyük yeddiliyin” Siçiliyadakı sammitində də iştirak edəcək. Daha əvvəl ABŞ Prezidentinin Təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster bildimişdi ki, Tramp Səudiyyə Ərəbistanı səfəri zamanı 50-dən çox müsəlman ölkənin liderləri ilə görüşəcək. / İslamazeri.com

ABŞ Prezidenti Donald Trampın may ayı üçün nəzərdə tutulmuş turnesi start götürdü.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap