header

 Tehranın İmam cüməsindən həyəcan siqnalı: Məkkə imamının şiələrin qanını halal etməsi...

Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmmədəli Müvəhhidi Kermani olub

“Farsnews”-a istinadən, seçiləcək olan prezidentin saleh, fəal və zəifləri fikirlərşən biri olmasının zəruriliyini bildirən imam cümə deyib: “Xalqın seçkilərdə kütləvi olaraq iştirakı onların dövlətərinə bağlılığının və ölkənin idarəçiliyində şərik olduqlarının əlamətidir. Ölkəmizin təhlükəsizliyi və aramlığı dünya xalqlarının diqqətlə bizə baxmasına səbəb olub. Ölkəmizin təhlükəsizliyi elə bir şəraitdə təmin olunub ki, ətrafımız və hətta dünyanın hər tərəfi terror və qarətdən rahat yuxuları yoxdur və İrana qibtə edirlər. Bu təhlükəsizlik və azadlıq vəhdət, iman, inqilabi ruhiyyə və vilayətə boyun əyməklə əldə olunub. Seçki rəqabətləri sona çatdı, bu gün dostluq günüdür. Namizədlər bilsin ki, bugündən etibarən onların vəzifəsi qardaşlıq, səfa, əsmimiyyət, məhəbbət və həmkarlıqdır. İran İslam Respublikası bu izzət və iqtidarı uca məqamlı Rəhbərimizə və vilayətə boyun əyməklə əldə edib. Seçiləcək olan prezident yalnız sözdə deyil, həm də əməldə Rəhbərə itaətini sübut etməlidir. Düşmən ölkədə ikili idarəçiliyi hiss etməməlidir.”

 

Ölkədə dövlət məmurları tərəfindən gizli olaraq imzlanan UNİSEF-in 2030 sənədi barədə də danışan Ayətullah Kermani bildirib: “Çox təəssüf olsun ki, bu sənəd gizli olaraq qəbul olunub. Rəhbərimizin bu sənədin icrasının qarşısını almaqla bağlı göstərişi sevindirici hal oldu. Bu sənədin qəbul olunması böyük bir faciə və xəyanət idi. Sual burdadır ki, bu sənəd niyə gizli olaraq və səssiz qəbul olnub? Bu özü başqa bir faciədir. Niyə açıq-aşkar olaraq elan etmədiniz ki, İranda keçirilən təlim-tərbiyə proqramları ən uca səviyyədədir? Quran, islam və Əhli-beyt (ə) mədəniyyəti buna səbəb olub. Qərb bilsin ki, bu eybli, fəsada səbəb olan və viran edici sənəd İranda cırılıb, yandırılacaq. Oyaq və ayıq olan rəhbərimiz islam və Quranı müdafiə edəcək. Təəccüb doğuran bəzi ölkə məmurlarının gizli işləri və qəflətləridir.”

 

Məkkənin imam cüməsinin son sözlərinə münasibət bildirən Ayətullah Kermani  “Məkkənin imam cüməsi deyib ki, şiələrin, iranlıların qanı və namusu halaldır. Ərəbistanla müzakirələr etdiklərini deyən məmurlar ziyarət zamanı İranlıların təhlükəsizliyi ilə bağlı hansı addımları atıblar? Kimlərsə imam cümənin sözlərindən təsirlənsə bunun qarşısı necə alınacaq? Mən qorxu yaratmaq niyyətində deyiləm, lakin məmurlar xalqın bu barədə olan suallarını cavablandırsın. Biz xain vəhhabilərdən təhqir və xəyanətdən başqa bir şey görməmişik. Əllərindən gəldiyincə şiə və iranlıları təhqir edirlər. Bizə lazım olan izzətli həcc ziyarətidir.", - deyə əlavə edib.

 

İmam cümə sözlərinin sonunda ABŞ prezidenti barədə deyib: “ABŞ elə bir prezidentlə qarşı-qarşıyadır ki, dünya onun ağlına şübhə edir. Onlar prezidenti dəyişmək niyyətindədirlər.”. / İslamazeri.com

Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmmədəli Müvəhhidi Kermani olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap