header

 “İmam Hüseyn(ə) məhəbbəti Amerika həbsxanasında onu xoşbəxt həyata qaytardı”

"Bəziləri də var idi ki, qatı cinayətkarlar idi, heç bir dinə etiqad bəsləmirdilər, amma İmam Hüseyn(ə) barədə kitab oxuyanda ağlayırdılar, ümumən, bizə İmam Hüseyn(ə) müxtəlif aspektlərdən çox təsir edirdi. Əksər amerikalıların Əhli-Beyt barədə heç bir təsəvvürü yoxdur"

Xəbər verdiyimiz kimi İslaminSesi İnformasiya Portalının They... (Onlar) adlı layihəsi çərçivəsində dünya ölkələrində yaşayan və öz sahələrində kifayət qədər böyük uğurlara imza atmış şəxslərlə səmimi ortamda baş tutmuş müsahibəni oxucularımıza təqdim edirik. 

Müsahiblərimizin bir çoxu arasında dünyaya göz açan gündən xristian, yəhudi və Qərb dəyərlərinin hakim olduğu ailələrdə böyüyən və sonrada islamın gözəlliklərə qarşısında təslim olaraq islam dinini qəbul edən şəxslər də var.

Layihənin əsas hədəfi xaricdəki simalarla dünyada baş verənləri, dünya insanının problemlərini, ehtiyac duyduğu mövzuları müzakirə etmək, Qərb insanının islami dəyərlərə nə dərəcədə ehtiyaclı olduğunu araşdırmaq və son illər Qərb ölkələrində islamın dayanmadan sürətlə yayılmasının səbəblərini araşdırmaq və digər mövzular barədə oxucularımıza zəngin informasiyalar verməkdir.

Layihəmizin bu dəfə ki, qonağı ABŞ-da yaşayan etnik mənsubiyyəti fransız kanadalısı olan Coşdur. O, islamı qəbul etdikdən sonra özünə Mətin adını seçib. Onun keçdiyi həyat yolu, İslamın onun həyatı üçün gətirdiyi xoşbəxtlik və bundan sonra onun hansı hədəflər uğrunda çalışmaq istəyi insanı heyrətləndirməyə bilmir.  

Onun fikrincə əksər amerikalıların əziz İslam peyğəmbərinin(s) Əhli-Beyti(ə) barədə heç bir  təsəvvürü yoxdur və bir çox hallarda mətbuatda insanlara səhv təqdim olunur.

Coş 17 yaşında 1999-cu ildə həbsxanada İslamı qəbul etmiş və orada illər boyu mütaliələr etmiş, azadlığa çıxdıqdan sonra da biliklərini artırmağa davam etmişdi. Artıq indi hamı onu Şeyx Mətin kimi tanıyır. Adətən bir çox mövzularda çıxışlar edən Şeyx Mətin autizm barədə araşdırma və nitqləri ilə də tanınır.  


-    İlk öncə özünüz  və ailəniz barədə nə deyə bilərdiz? 

Adım Coşdur, İslamı qəbul etdikdən sonra Mətin adını seçdim. Etnik mənsubluğum fransız-kanadalı, doğulduğum yer isə ABŞ-dır. Cənubi Karolinada böyümüşəm. Beynəlxalq biznesin idarə olunması üzrə kollecdə təhsil aldım. Həmçinin Harvard Universitetindən İslami Araşdırmalar üzrə sertifikata da sahibəm. Ailəliyəm və 2 oğlum var. Biri 2, digəri isə 4 yaşındadır. “


Ailə üzvlərinin xristian dininə ciddi etiqad bəslədikərini bildirən Şeyx Mətin, uşaqlıq illərinin kilsəyə gedib-gəlməkdə keçdiyini söyləyir: 

“Nənəm və babamın  xristianlığa ciddi etiqadı var. Anam və atam da həmçinin. Uşaqlıqda məni kilsəyə aparardılar, Allaha inanırdım, amma, bir sıra mövzuları başa düşmürdüm və çoxlu suallarım var idi. Səmimi desəm, yeniyetmə olarkən ibadət edirdim, lakin kilsəyə getmir, həyatda xüsusi  hədəf olmadan yaşayırdım. 9 yaşım olarkən atam və anam ayrıldı və biz tamam başqa yerə köçdük, orada insanlar olduqca fərqli idi. Həmin məkanda cinayətkar dəstələr, onlarla əlaqəli şəxslər çox idi. Və mənə oğurluq, onu necə etməyi , silahı, narkotik vasitələri necə satmağı öyrədirdilər. “


O İslam dinini qəbul etməyini və seçməyini isə belə izah edir…  


- Günlərin birində futbol oyunundan qayıdarkən bir qrupla qarşılaşdım, mübahisə yaratdılar, hücumlarına məruz qaldım və sonda onlardan birinə  atəş açdım, düzdür sağ qaldı, amma, 16 yaşımda 10 il müddətinə azadlıqdan məhrum oldum. Doğrusu həbsə getməyim sanki, həmin anda mənə rahatlıq verdi. Çünki real həyatım olduqca qarışıq idi. Oğurluq, mübahisə , hədəfsiz yaşam tərzi və s.


Və hadisələr elə dövr elədi ki, qısa müddət müsəlmanla otaq yoldaşı oldum. İbadət edərdi, azan oxuyardı. Xristianlığı yaxşı bilirəm. O, suallarıma cavab verdi və 17 yaşımda İslamı qəbul etdim. Dayanmadan həbsdə illər boyu xüsusən islami kitablar oxuyurdum.”

Həbs dövründə də müqəddəs İslam dininin onun həyatını qoruduğunu söyləyən Şeyx Mətin bunları xatırlayır: 

“İslam həbsdə də bizi bir çox şeylərdən qoruyurdu. Narkotik vasitələr, içki və s orada da  mövcud və əlçatan idi. Məhəmməd Peyğəmbər (s), Əhli-Beyt (ə) və bir sıra səhabələrin həyatını oxuyanda insana müsbət təsir edirdi, biz artıq onlar kimi yaşamağa çalışırdıq. Və çoxumuz həbsdə müsbətə doğru dəyişmişdik. Həbsdə olan insanlar müxtəlif cinayətlər törətmişdilər. Biz adətən heç bir hədəfimiz olmadan yaşayır, mübahisələrimiz mövzusu narkotik vasitələri bu ərazidə kimə satmağa icazə olar, olmaz , ərazilər kimə məxsusdur və s. idi.


Həzrəti Peyğəmbər(s), İmam Əli(ə) , İmam Hüseynin(ə) həyatı ilə tanış olanda, onların həyat tərzi, amalları, hədəfə gedən yolda ən doğru vasitələrdən istifadə etməsi bizə çox təsir edirdi.” 

Şeyx Mətinin sözlərinə görə həbsxanadakı cinayətkar dəstədən olan gənclər də, adətən Əhli-Beytlə tanış olduqdan sonra İslamı qəbul edirdilər: “Bəziləri də var idi ki, qatı cinayətkarlar idi, heç bir dinə etiqad bəsləmirdilər, amma İmam Hüseyn(ə) barədə kitab oxuyanda ağlayırdılar, ümumən,  bizə İmam Hüseyn(ə)  müxtəlif aspektlərdən çox təsir edirdi. Əksər amerikalıların Əhli-Beyt barədə heç bir təsəvvürü yoxdur. İslam bir çox hallarda mətbuatda bizə səhv təqdim olunur. Hətta ailəm sırf mediadan aldığı məlumatlara görə müsəlmanları xoşlamırdı, amma onlara ağıl, düşüncə ilə İslam barədə məlumat verdikdən sonra yanaşmaları dəyişdi. Mətbuata sahib olmaq, doğru , faydalı  informasiyanı insanlara çatdırmaq olduqca mühümdür. Ən əsas insan özü araşdırmaçı olmalıdır. Özünüz araşdırın, dəqiq mənbələri bilin. Nə etdiyimizi, niyə etdiyimizi bilmək lazımdır.”

 


O, həbsdən çıxdıqdan sora "2-ci şans kitablar" layihəsinin əsasını qoyub və neçə illərdir bu layihə üzrə davamlı fəaliyyət göstərir. Hədəfləri isə həbsxanada olan insanlara həqiqi islami dəyərləri özündə ehtiva edən kitablar və dini ədəbiyyatlara təmin etməkdən ibarətdir.

“Layihə üzərində eyni zamanda Vaşinqtondan İbrahim Cabbar, İngiltərədən Şeyx Məhəmməd Baqirnecat çalışır. Biz ABŞ-da yerləşən müxtəlif həbsxanaları kitablarla təmin edirik. Həyatda elə insanlar vardır ki, daha az uğura sahibdirlər, özlərini islah etmək istəyirlər, amma, lazımı məlumata keçidləri yoxdur. 

Və biz  azadlıqdan məhrum olanlara əxlaqdan, Əhli-beytdən  və s. mövzulardan bəhs edən kitablar veririk. Və müsbət nəticələr də çoxdur. Tədricən özlərini, ətraflarını islah edirlər, mənfi əməllər müsbətlərlə əvəz olunur. Azadlığa çıxanda onlar ailələrinə, cəmiyyətlərinə də fayda vermiş olacaqlar. İndiyə kimi müxtəlif həbsxanaları təxminən 3000  kitabla təmin etmişik.

 


Hətta interaktivlik yaratmışıq. Həbsxanadan bizə məktubları, sualları, fikirlərini göndərirlər, biz də cavablandırırıq. Layihəmizi ömrünün uzun hissəsini haqsız olaraq həbsdə keçirmiş 12-ci İmam Həzrəti Mehdinin atası İmam Həsən Əsgəriyə həsr etmişik.

Bir mənfi fakt da mövcuddur. Özlərini İslamdan hesab edən, həqiqətdə İslamla əlaqəsi olmayan cərəyan vardır ki, onlar da həbsxanalara müxtəlif mövzularda kitablar göndərirlər. 

Həmin kitabları mütaliə edənlər elə həbsxanadan etibarən digər məhbuslara qarşı sərt olurlar və cəmiyyət üçün də potensial təhlükəyə çevrilirlər. Və həmin kitablarda Əhli-Beyt tərəfdarlarının öldürülə biləcəyi də qeyd olunur, beyinləri yuyulur. Bizim işimiz həm də bu cür zərərli cərəyanlarla mübarizədir.”

 

Bunu da oxu: İmam Əli(ə) məhəbbəti onu müsəlman etdi – Silvia Eggler “İslaminSesi”nə danışır

 

İslaminSesi

Aga Mehdiyev

"Bəziləri də var idi ki, qatı cinayətkarlar idi, heç bir dinə etiqad bəsləmirdilər, amma İmam Hüseyn(ə) barədə kitab oxuyanda ağlayırdılar, ümumən, bizə İmam Hüseyn(ə) müxtəlif aspektlərdən çox təsir edirdi. Əksər amerikalıların Əhli-Beyt barədə heç bir təsəvvürü yoxdur"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap