Yəhudi təşkilatı Azərbaycanda yeni məktəb açmağı planlaşdırır
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Ötən gün prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.
Prezidentin mətbuat
xidmətinə istinadən, M.Honlayn Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin
inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb.
Malkolm Honlayn
Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz
arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın daha
da gücləndirilməsinin önəmini vurğulayıb.
Görüşdə Azərbaycan
ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf
etdiyi vurğulanıb.
Qeyd edək
ki, 2010-cu il oktyabrın 4-də Bakıda Xətai
rayonu ərazisində yəhudi məktəbi açılıb. Açılışda prezident İlham Əliyev də
iştirak edib.
Məktəbin
açılışı üçün müxtəlif ölkələrdən yəhudi liderlər də Bakıya gəliblər. Onların
arasında MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev,
İsrailin baş ravvini Şlomo Amar və Amerika Yəhudi Konqresinin prezidenti Cek
Rozen, Rusiyanın baş ravvini Berl Lazar davar.
Xatırladaq ki,
Bakıda ilk yəhudi məktəbi 2003-cü ildə açılıb. Ümumilikdə paytaxt və Qubada 5
belə məktəb fəaliyyət göstərir. / İslamazeri