İranın Azərbaycan didərginlərinə yardımları alqışlanıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Azərbaycan Respublikası baş nazirinin müavini və Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Qarabağ müharibəsi dövründə İran İslam Respublikasının Azərbaycan Respublikasına humanitar yardımlarını alqışlayıb.
İRNA-nın məlumatına
görə, Əli Həsənov bazar günü İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin
sədr müavini Hüseyn Səffari ilə görüşdə dostluq və qardaşlığın həmişə çətin
günlərdə özünü göstərdiyini qeyd edib: İmam Xomeyni (rə) İmdad Komitəsi və İran
İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin Azərbaycanın çətin günlərində
Qarabağ müharibəsi dövründə bu ölkəyə humanitar yardımları əbədidir.
Həsənov əlavə
edib: İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti o çətin illərdə Azərbaycan
üçün hamıdan öncə bu ölkənin müharibə didərginlərinin köməyinə gəldiyini və
humanitar yardımlar təqdim edərək Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7
çadır şəhərciyi yaratdı və 50 minə yaxın müharibə didərginini yerləşdirdi.
Azərbaycan baş
nazirinin müavini həmçinin iki ölkənin əlaqələrinə toxunub: İran və Azərbaycanın
əməkdaşlıqları təkcə iqtisadiyyatla kifayətlənməməli, humanitar sahələrdə də
genişlənməlidir.
Hüseyn Səffari
də bu görüşdə deyib: İran İslam Respublikası bütün sahələr, o cümlədən
humanitar yardımlar sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlıqların
genişləndirilməsinə hazırdır.
Səffari
dünyanın 14 ölkəsində İranın Qırmızı Aypara Cəmiyyətinin xəstəxanalarının fəaliyyət
göstərdiyini diqqətə çəkib və bu humanitar qurumun Azərbaycanda fəaliyyətinin
genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
İran İslam
Respublikası Qırmızı Aypara Cəmiyyətinin sədr müavini həmçinin fövqəladə hadisələrdə
xilasetmə, reabilitasiya, əlillər və ehtiyaclı xəstələrə kömək etmək sahəsində
Azərbaycanla təcrübələrin mübadiləsinə İranın hazır olduğunu bildirib.
İran İslam
Respubliikasının Qırmızı Aypara Cəmiyyətinin sədr müavini ötən cümə iki ölkə əməkdaşlıq
yollarının araşdırılması məqsədilə 3 günlük səfər çərçivəsində Azərbaycana səfər
edib.