İtaliyada 28 min Müsəlman əsilli uşaq yoxa çıxıb- RƏSMİ
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
İtaliyanın Daxili İşlər Nazirliyi Siciliya adası yoluilə İtaliyaya daxil olan 28 000 Müsəlman mühacir uşağın əxlaqsızlıq, insan ticarəti və quldarlıq kimi çirkin məqsədlərin qurbanı ola biləcəkləri barədə xəbərdarlıq edib
İtaliyanın Daxili İşlər Nazirliyi 28 000 Müsəlman
mühacir uşağın bu ölkədə yoxa çıxdığını elan edib.
Nazirlik bildirib ki, ötən il İtaliyada yoxan çıxan 44635
mühacirin 28 000 nəfərini uşaqlar və yeniyetmələr təşkil edir.
Ötən il İtaliyada itkin düşən mühacir uşaqlar və yeniyetmələrin
sayının 2015-ci ililə müqayisədə 44% daha çox olduğunu bildirib.
İtaliyanın Daxili İşlər Nazirliyi Siciliya adası yolu ilə
İtaliyaya daxil olan 28 000 Müsəlman mühacir uşağın əxlaqsızlıq, insan ticarəti
və quldarlıq kimi çirkin məqsədlərin qurbanı ola biləcəkləri barədə xəbərdarlıq
edib.
Beynəlxalq Miqrasiya Təşkilatı İtaliyada minlərlə uşaq və
yeniyetmənin yox çıxmasını son dərəcə narahatlıq doğuran məsələ adlandırıb və
bu uşaqların insan tacirlərinin qurbanına çevrilməsi ehtimalından nigaranlıq
edib.