Azərbaycan respublikasında yeni anti-şiə dalağasının təhlili
Posted on : Video 10/16/2017 1:00:26 PM
bütün düşmənlərdən daha çox xəbis sionist rejimi İran-Azərbaycan arasındakı qardaşlıq əlaqələrini zəiflətməyə çalışır. Onun qarşısında isə mövcud səmimi əlaqələr qorunub saxlanılmalıdır
Tashaio.com-Bakının “islam həmrəyliyi” proqramları və “müsəlman ölkələrinin
IV idman müsabiqəsi”nə ev sahibliyi adı altında gizlətməyə çalışdığı Azərbaycan
respublikası hakimiyyətinin anti-şiə davranışlarının təhlilində neçə amil diqqəti
çəkir:
Azərbaycan respublikasının laik hakimiyyəti ötən illərdə Ərəb
ölkələrində əhalinin din etiqadına bir mənalı şəkildə düşmənçilik etməyin nəticizini
və islam oyanışı dalğalarını görməklə sionist müşavirlərdən məsləhət almaqla öz
dinə zidd siyasətlərini aparmaq üçün bəzi dəyişikliklər yaratmışdır. Bu dəfə əsl
din cərəyanlarını taptalamaqla yanaşı dini görkəmlə çıxış edərək Allahşükür
Paşazadənin sədrliyi altında olan Qafqaz müəlmanları idarəsinin nəzarəti
altında olan Məscid və imamzada tikmək və ya mərəmmət etməyə başladı. Bu arada
“Heydər məscidi”ni ölkənin sabiq prezidenti Heydər Əliyev adına tikdirdi. Bu məsciddə
birlik naminə qəribə və gülünc bir büdətin əsasını qoydu. Belə ki, cümə günülər
cümə namazı yerinə iki həftədə bir laik rəsmilərinin vəhdət namazı adlandırdığı
namaz qılınır. Bakı hakimiyyətinin dinə zidd ittihamını silmək üçün bu təşəbbüslərlə
yanaşı Azərbaycan respublikasının dövləti və parlamenti son illərdə şiələrə ən
şiddətli məhdudluq yaratmışlar. Bakıda qəbul edilən qanunlara əsasən bayraq və
digər din gerblərindən istifadə etməkdən tutmuş şiənin ən mühüm elmiyyə hövzələrindən
olan Qum və Nəcəfdə təhsil almış din xadimlərinin namaz qılması yasaq
edilmişdir. Bakının şiələrə qarşı həyata keçirdiyi ən yeni təşəbbüslərindən
biri Qum şəhərində təhsil almış hacı Sərdar hacı Həsənli Masallıda cümə namazı
qılarkən “xaricdə təhsil almış şəxslərin din mərasimlərini icra etməyin
yasaqlığı” və “qeyri-qanuni yığıncaq təşkil etmək” qanununu pozmaqda ittihad
edilərək həbsə alınmışdır. Azərbaycan respublikasında, dünyanın ikinci şiə ölkəsi
olan bir ölkədə şiələrin taptalanması təşəbbüsü elədir ki, dövlət 200 nəfər
islam təbliğatçısı və din xadimlərini yaxalamaqla islam ölkələrində ən çox din
xadimi dustağı olan bir ölkə kimi tanınmışdır.
Bakı dövləti son illərdə Tehran – Bakı münasibətlərində
yaranmış yeni siyası ab-hadan və iki ölkə arasında zahirən inkişafda olan əlaqələrdən
dinə zidd hərəkətlərini ört-basdır eləmək üçün sui-istifadə edir. Həmçinin buy
olla İran islam respublikasının imicinə xələl gətirir. Lakin eyni halda Bakı nə
inki, İrana bədbinlik xəstəliyindən xəlas olmayıb, üstəlik sionist rejiminin təhrikləri
bu xəstəliyi daha da intensivləşdirmişdir. Bakı rəsmiləri bu ölkənin əhalisinin
ilkin minimum hüquqlarını tələb edən hər hansi bir dini hərəkətlərini İrana
bağlayır və şiddətlə taptalayırlar. Azərbaycan respublikası prezidentinin
sözçüsü Əli Həsənovun Hacıcavad məscidinin təxribi ilə əlaqədar dediyi sözlər
bu həqiqəti göstərir ki, Bakı, İranla əlaqələrin yaxşılaşdığı fikrində olduğuna
rəğmən sionist rejimi və Al-Səud rejiminin yaydığı “İrana bədbinlik” xəstəliyindən
canını qurtara bilməmişdir. Əli Həsənov feysbuk səhifəsində yazmışdır: “2009-cu
ildə Bakı islam dünyasının mədəni paytaxtı elan olunanda da əhalinin bəzi
dindar təbəqələrini aldatmaq üçün ölkəmizin islam dünyasındakı rolunu zəiflətmək
və imicini ləkələmək səyinin şahidi olmuşduq. Bəzilərinin dünya azərbaycanlılarının
həmrəyliyi günündə başqa bir həmrəylik günü təşkil etmək (Ərdəbil imamcüməsi
höccətülislam seyid Həsən Amilinın tərəfindən müsəlman azərilərin həmrəylik
günü elan etməsi) cəhdi hələ də davam edir.
Bu il də Bakı islam həmrəyliyi
oyunlarına ev sahibliyi edib islam həmrəyliyi ili adlananda yenə də həmin səylərin
şahidiyik. Bu yalançı, din həvadarlarının etirazının Azərbaycan respublikası
dövlətinin Şuşa məscidilə əlaqədar onların (İran) işğalçı Ermənistanla qeyri-rəsmi
əməkdaşlığına etirazına təsadüf etməsi düşündürücüdür”. President sözçüsünün
dedikləri elə bir şəraitdədir ki, Azərbaycan respublikasının prezidenti təqribən
iki ay bundan qabaq Tehrana səfər edib islam inqilabının müəzzəm rəhbəri ilə
görüşündə müəzzəm rəhbər ona açıq şəkildə xəbərdarlıq edərək demişdi: “bütün
düşmənlərdən daha çox xəbis sionist rejimi İran-Azərbaycan arasındakı qardaşlıq
əlaqələrini zəiflətməyə çalışır. Onun qarşısında isə mövcud səmimi əlaqələr
qorunub saxlanılmalıdır”. Bakı rəsmilərinin əməlləri və sözləri isə xeyrxah nəsihətləri
eşitmək istəmədiklərini göstərir. Onlar hələ də sionist və Səudi dırnaqarası
müttəfiqlərinin əmrlərinə qulaq asırlar. Donald Tramp kimi avanturistin
iqtidara çatması ilə yaranan yeni qlobal şəraitdə Bakı öz regional siyasətini
ona uyğunlaşdırmaq istəyirlər. Son aylar Yenigünəşli qəsəbəsində Fatimə Zəhra məscidinin
təxrib edilmə planı haqqında yeni sözlər dillərdə gəzir. “Sutski” rayonunun məscidinin
təxribi təşəbbüsü, xüsusilə xalqa bağlı din xadimlərinin mövizə yeri olan hacı
Cavad məscidinin təxribi, Bakı əhlibeyt hüseyniyyəsinə təzyiqin artması, Azərbaycan
respublikası vətəndaşlarının bu hüseyniyyəyə getməsinə mane olmaq və Bakıdakı
İran vətəndaşlarının oraya getməsini məhdudlaşdırmaq, ləğv olunmuş elmiyyə hövzələrinin
yerinə necə deyərlər “islam kolleci” yaratmaq, Kərbəla və Məşəd ziyarətçilərini
izləmək, onları mütəmadi olaraq incitmək, bir sözlə laik dövlətin şiələrin məzhəbi
işlərinə, hətta uşağa ad qoymaq kimi şəxsi işlərinə müdaxilə etmək və şiə
adlarının yayılmasına mane olmaq kimi işlərə nəzarət etmək istiqamətindəki səylər
göstərir ki, Bakı, Tehranla əlaqələrin
genişlənməsi, müsəlman ölkələrin idman müsabiqəsini keçirmək, dırnaq arası
islam həmrəyliyi elan etmək, Zirar məscidləri inşa etmək kimi işlərin nəticəsində
sionist və anti-şiə siyasətini incəliklə həyata keçirir və yaranmış bu
ab-havada hətta ifratçı tolerant qruplar və Azərbaycan respublikasında olan
zülmə qalşı etiraz etməməyə üstünlük verən müstəqil təbliğatçılar da Bakının
laik rejimini zülmündən amanda deyillər. Bakı rəsmiləri sionist və Al-Səud
rejiminin təmsilçisi kimi laik hakimiyyətindən müstəqil olan dindarlara və məscidlərə
təzyiqi hər gün artırırlar. Onlar bu prosesi davam etdirməklə Azərbaycan
respublikasında laik hakimiyyətinin iradəsindən kənar bir şiə təbliğatçısının və
məscidin olmamasına çalışırlar.