Yəməndə hər 10 dəqiqədə 5 yaşdan aşağı bir uşaq dünyasını dəyişir
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsani İşlər Koordinasiya Ofisindən bildirilib ki, Yəmən, dünyadakı ən böyük insani krizislərdən birini yaşayır.
Yəmən xalqının
2/3-si, yəni təqribən 19 milyon nəfər humanitar yardıma və qorunmağa ehtiyacı
var. “Ölkədə 10 milyon nəfərdən çox insan yoxsulluq həddinin altında yaşayır.
Ən az 8 milyon insan içməli su problemi ilə üz-üzədir”.
BMT-nin məlumatında
bildirilir ki, insani krizis uşaqlar üzərində təsiri daha çoxdur. Ölkədə
“qarşısı alına biləcək” səbəblərdən hər 10 dəqiqədə 5 yaşdan aşağı bir uşaq
dünyasını dəyişir.
Yəməndəki
milyonlarla insanın təcili insani ehtiyaclarının təmin edilməsi üçün daha öncə
2,1 milyard dollarlıq yardım çağırışı etdiklərini xatırladan BMT bildirib ki,
bu məbləğin yalnız 100-də 15-i təmin olunub.
BMT-nin Yəmən
üzrə İnsani İşlər Koordinatoru Jamie McGoldrck ötən həftə açıqlamasında beynəlxalq
ictimaiyyətin Yəməndəki krizisin həlli üçün təcili olaraq hərəkətə keçməməsi ilə
ölkədə qıtlığ yaranacağı ilə bağlı xəbərdarlıq etmişdi. / Maide.Az