Xaricdə dini təhsil alanlar yenidən fəaliyyət göstərə bilər
Posted on : qafqaz 10/16/2017 1:00:26 PM
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycanda
“Dini etiqad azadlığı haqqında” qanuna əlavələr təklif edilir.
İslamazeri.com
APA-ya istinadən məlumatına görə, layihə Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitə sədri
Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən,
Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və
mərasimlər aparmasına icazə verə bilər:
"Mövcud
qanunvericilik xaricdə təhsil alan Azərbaycan vətəndaşına dini ayin və mərasimlərin
aparılmasını qadağan edir. Çünki əksər hallarda xaricdə təhsil alan şəxs təhsil
aldığı ölkənin dini qaydalarını, mədəniyyətini təbliğ etməyə çalışırdı və bu da
Azərbaycan dövlətçiliyi ilə ziddiyyət təşkil
edirdi. Amma buna baxmayaraq, xaricdə təhsil alan xeyli sayda vətənini sevən
savadlı din mütəxəssisləri də var və onlar da bu qadağa nəticəsində ölkədə fəaliyyət
göstərə bilmir. Bununla müəyyən mənada onların hüquqları pozulur və fəaliyyətlərində
məhdudiyyət yaranır. Nəticədə həmin şəxs ya ölkədən getmək, ya da bəzi dini
qruplara qoşulmaq zorunda qalır. Bütün bunları nəzərə alaraq yeni dəyişiklikdə
xaricdə təhsil salan savadlı din mütəxəssislərinin hüquqlarını bərpa etmək, həm
də ölkədə savadlı din xadimləri tərəfindən dinin təbliğini təmin etmək məqsədilə
həmən şəxslərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər
edildikdən və qüvvəyə mindikdən sonra bu şəxslər yaranmış imkanlardan
yararlanacaqlar”.
Layihə Milli Məclisin
plenar iclasına tövsiyə olunub.
Dəyişikliyə
uyğunlaşdırma məqsədilə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələrində
də dəyişiklik edilir.