Ərdoğanın xüsusi yazı işləri müdiri "Mavi Mərmərə" şəhidlərinə "manyak" dedi və... VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Ərdoğanın köməkçisi, xüsusi yazı işləri müdiri "Mavi Mərmərə" şəhidlərinə "manyak, radikal islamçılar" deməsindən sonra islamçılar sosial şəbəkələrdən etiraz etməyə başlayıblar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi, xüsusi yazı işləri müdiri Cem Küçük televiziyaların birindəki çıxışında "Mavi Mərmərə" şəhidlərinə "manyak, radikal islamçılar" deməsindən sonra islamçılar sosial şəbəkələrdən etiraz etməyə başlayıblar.
Cem Küçük çıxışı zamanı "Ərdoğanın radikal islamçılarla yolunu ayırmasının vaxtı gəldi, çatdı" deməsi də diqqət şəkir. Belə ki, istər ölkə müxalifəti, istərsə də dünyada Ərdoğan əleyhdarlarının Ərdoğanın radikal islamçı (Nusra, Əl Qaidə, Əhrar..) kimi təqdim olunan qruplaşmalarla əlaqə iddialarını Küçük bu açıqlaması ilə təsdiq etmiş olur.
Şimdi elinizi vicdanınıza koyun
— NEVZAT ÇİÇEK (@nevzatcicek) 19 Ğ°Ğ¿Ñ€ĞµĞ»Ñ 2017 г.
İslamcı yazarlar-STKlar
Bu sözleri Cem Küçük değil de CHP'li bir gazeteci söyleseydi yeri göğü inletirdiniz pic.twitter.com/5VCMKAqjtf
Hökümətə yaxın Ömər Adıyaman isə bu açıqlamadan sonra Cem Küçüklə bağlı şok iddia irəli sürüb: "Cem Küçük "Zonquldaq FETÖ evlərində qalmış, bir dönəm FETÖ-nün əmrində xidmət etmişdi. FETÖ ilə əlaqəsindən sonra, qadınbazlığına görə o yolunu Adnan Oktara tərəf meyl salmışdı. Buradan Haber7-də köşə yazarlığına getmiş, ilk yazısında və yazılarında FETÖ liderini mədh etmişdi".
Baş nazir Yıldırım xüsusi yazı işləri müdiri Əbdülkərim Taş isə tvitter səhifəsindən sərt təpkilərini qeyd edib. O "Mavi Mərmərədəki manyaklar" ifadəsini istifadə edən hədsiz, sənin hədəfin nədir? Kimə xidmət edirsən?" - deyə yazıb.
"Mavi Marmara'daki manyaklar" ifadesini kullanan hadsiz, amacın ne?
— Abdulkerim Taş (@akerimtas) 19 Nisan 2017
Kime hizmet ediyorsun???