Şəri-dini suallara cavablar - SUAL 33
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Dəstəmazsız Allah-Taalanın adlarına toxunmağın hökmü nədir?
10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz
oxuculara təqdim edirik:
SUAL 33: Dəstəmazsız
Allah-Taalanın adlarına toxunmağın hökmü nədir?
CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi
və Ayətullah Nuri: “Allah-Taalanın adlarına – hansı dildə və hansı keyfiyyətdə
yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq və əl vurmaq caiz deyildir.
(“Əcvibətul-istiftaat”,
Ayətullah Xamenei, sual 157; “Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 319.)
Ayətullah Təbrizi,
Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkraim Şirazi və Ayətullah
Vəhid Xorasani: “Vacib ehtiyata əsasən, Allah-Taalanın adlarına – hansı dildə və
hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq və əl
vurmaq caiz deyildir.”
(“Tozihul-məsail”,
Ayətullah Vəhid Xorasani, məsələ 315; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər,
məsələ 319.)
Xatırladaq ki,
şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli
sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz
oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr
diqqət mərkəzində saxlanılır:
1. Sualların
cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların
cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin
dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların
cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin
də fətvaları nəzərə alınmışdır:
–Ayətullah
Seyid Əli Xamenei;
–Ayətullah
Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx
Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx
Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx
Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx
Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx
Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx
Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx
Nasir Məkarim Şirazi;
Allah-Taaladan
Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir
kəsə tövfiq diləyirik! /Maide