header

 Təhsil və savad insan əxlaqının bəzəyidir - Əxlaq dərsi

AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərinin III hissəsini oxucularımıza təqdim etmişdik

Xatırladaq ki, hazırda 12 illik həbs cəzasına məhkum edilən AİP lideri Mövsüm Səmədov ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda ruhani alim və böyük əxlaq ustadıdır. O, həbs olunduğu müddətə qədər tələbələri ilə birgə mütəmadi şəkildə əxlaq dərsləri təşkil edərdi. Doktor Səmədov həmin dərslərdə ali ilahi maarifin həqiqətlərini insanlara çox gözəl formada izah edərdi. Dərslər hətta o qədər ilahi nur və feyzlə əhatə olunurdu ki, dərs iştirakçıları dərsin saatlarla davam etməsini istəyirdi.

 

I dərs: AİP lideri Mövsüm Səmədovun əxlaq dərslərindən xüsusi qeydlər

 

II dərs: Bəndənin Allahla düşmənçiliyi Mövsüm Səmədovun bəyanında

 

III dərs: Allah yıxılmış qəlbin aşiqidir – Əxlaq dərsi 

 

İslaminSesi hazırda karsda saxlanılan böyük əxlaq ustadı Mövsüm Səmədovun dərslərindən 4-ci hissəni oxucularına təqdim edir.

 

Təhsil, savad hər kəsin əxlaqının bəzəyidir. Yəni hər hansı bir insanın təhsilli olması onun əxlaqi keyfiyyəti üçün vasitədir. Misal üçün, mümkündür ki, bir insan ömrü boyu elmlə məşğul olsun, amma əxlaqi dəyərlərə sahib olmasın. İnsanın əxlaqi keyfiyyətlərə malik olması üçün qəflətdən oyanması mühüm şərtdir.

 

Şeytan daim çalışır ki, insan öz insani keyfiyyətlərini əldən versin. Şeytan daim bu istiqamətdə fəaliyyət gösdərir. Əgər insan şeytanın bu kimi fəaliyyətlərindən amanda qalmaq istəyirsə, gərək tədbirini əldən verməsin, təfəkkür etsin və uzaqgörən olsun. Məhz bundan sonra əməlin bəhrəsini görmək mümkündür. Hətta maddi  cəhətdən belə, insan nəyəsə nail olmaq istəyirsə, gərək uzaqgörənliyi əldən verməsin.

 

İlahi şəxsiyyətlər buyurublar ki, qabaqcadan düşünmək insanı  sonrakı peşmançılıqdan xilas edər. Bu, cəhətdən belədir. İstər dost seçəndə, istərsə də iş quranda. Əgər insan çətinliklə üzləşsə və ya bəlaya düçar olduğunu görsə, bilsin ki, bu, işlərin sonuna diqqət etməməyin nəticəsidir. İnsan gərək heç vaxt tələsməsin. 

 

AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərinin III hissəsini oxucularımıza təqdim etmişdik
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap