Abgül Süleymanov 11 saylı CÇM-də ailəsi ilə görüşüb
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
Abgulsuleymanov.com saytı xəbər verir ki, Abgül Süleymanov 11 saylı CÇM-də ailəsi ilə görüşüb
Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanova isə
ruhaniyə qarşı təzyiqlərdən narahat olub:
"Şeyx Sərdarın həbsinə bildirdiyi münasibətə görə onu
açıq şəraitdən götürüb bağlı otağa yerləşdiriblər. Artıq mart ayının altısından
orada oturub.Saxlanıldığı otaq bir nəfərlik otaqdır. 2metr uzunluğu və 2 metr
enindədir. Bir yataq çarpayısı və bir nəfərlik də namaz qılmaq üçün yer qalır.
Havasızlıqdan təzyiqi yüksəlib, baş ağrısından əziyyət çəkir. Biz onu gördük.
Belə olmaz. Bu bayram günlərində heç olmasa humanistlik göstərin. Bu qədər
insanı sıxmaq olmaz. Bu nəyə, kimə lazımdır? Kim bundan xoşhal olur? Heç kəs.
Ancaq düşmən sevinir."
Zəhra Süleymanova sözlərinin davında "Möminlərin həbsi
xalq tərəfindən pislənir. Bu gün düşmənə qarşı birlik günüdür. Dövlətlə din
arasında birlik yaratmaq lazımdır. Bu nə siyasətdir? Kim bu siyasəti yürüdür?
Dindarların həbsi nə dövlətimizə, nə millətimizə, nə də müstəqilliyimizə lazım
deyil. Bu din və dövlət əlaqələrinin qırılmasından başqa bir şey deyil. Bu əziz
gün onun ailəsi olaraq hacının yerinin dəyişdirilməsini istəyirik.", -deyə
qeyd edib.