header

 Niceriya şiələrinin İran islam respublikasına olan sonsuz rəğbəti

“Ayətüllah Xamneyinin vurğunuyuq və İran üçün ölənə qədər döyüşməyə hazırıq”

Tashaio.com - Blumberq qəzeti “Tramp düşmən törədir. İran isə döst qazanır” adlı bir məqalədə Amerikanın İrana məhdudluq yaratma səyini və Niceriya şilələrinin islam inqilabına vurğunluğunu analiz edərək yazmışdır: niceriyalı nəccar Bəşir Məhəmməd indiyə kimi İranda səfərdə olmayıb. O, ölənə kimi bu ölkənin yolunda döyüşməyə hazır olduğunu deyir. O demişdir: İran bizdən yardım istəsə onlara hətta qanımızla yardım etməyə hazırıq. Donald Tramp bilməlidir ki, Amerikanın qarşısında dünyanın hər yerində İranı müdafiə edən çoxlu adamlar vardır. 30 yaşlı bu adam şiə məzhəbini qəbul edən və hər gün artmaqda olan adamlardan biridir. Dünyanın özünü Tramp dövrünə uyğunlaşdırması Uaşinqton və onun müttəfiqlərinə belə bir mesaj verir ki, İran gözlənilməyəön reginlarda nüfuzunu artırmaqdadır. Islami İran bir il bundan qabağa kimi iqtisadi embarqonun nəticəsi olaraq dünyanın neft bazarından kənarlaşmasına rəğmən öz sahəsini genişləndirmişdir. Niceriya müsəlmanları əsasən sünnidir, İranın Afriqadakı artmaqda olan gündəlik nüfuzu səudiyyəliləri hiddətləndirmişdir. Uaşinqton Orta Şərq müəssisəsinın müavini Pol Salim bu haqda demişdir: İranın öz hərəkatı vardır və inanır ki, Amerika ona dərdisər yaratmaq istəyir. Tramp dolayısı ilə işarə etmişdir ki, İranla məsələləri həll etmək funksiyasından uzaqlaşır. İranla problemləri həll etmək və onunla əlaqə yaratmaq siyasəti ABŞ-ın keçmiş prezidenti dövründə və 2015-ci il nüvə razılaşmasından sonra başlanmışdı. İranın balestik raketi sınaqdan keçdikdən sonra Amerika ötən ay bu ölkəyə xəbərdarlıq etmiş və yeni embarqolar qoymuşdur. Səudiyyə Ərəbistanı haqqında 2015-ci ildə yayımlanan vikiliks faktları göstərir ki, bu ölkə qərbi Afriqada Mali, Moritaniya, Borkinafaso və Niceriyadan tutmuş Asiyada Hindistan və Çinə kimi şiəliyin yayılmasından nigərandır. Niceriya şiələri İran islam inqilabının vurğunudurlar. Anadan sünni doğulan Məhəmməd beş il bundan əvvəl ailəsinin hədələrinə baxmayaraq şiə olmuşdur. Onun bu vəfadarlığının haradan irəli gəldiyi məlumdur. Məhəmməd bir ay bundan qabaq dostları ilə birlikdə Zariya şəhərinin yoxsul məhəllələrinin birində məsciddən kənar bir yerdə olmuşdur. Onlardan biri onun mobil telefonunda Trampın İrana qarşı sərt mövqeyini dair xəbəri görür. O deyir ki, bizi gülmək tutdu! O, sonra artırdı: Əgər İranın müəzzəm rəhbəri ayətüllah Əli Xamneyi bizdən Amerika ilə döyüşməyi istəsə, bu işi görəcəyik. Niceriyanın 190 milyon nəfərlik xristian və müsəlman nüfusunun nə qədərinin şiə olması haqqındakı fikirlər çox fərqlidir. Şiə tərəfdarlarının bəzilərinin fikrincə Niceriya şiələri 20 milyondur. Hər şey İranın islamı inqilabının təsirinə məruz qalan universitet fəaalı sünni məzhəbli İbrahım Zəkzaki ilə başlanmışdır. Zəkzaki şiə oldu. Sonra başına əmmamə qoyaraq din xadiminə çevrildi. O, 1990-cı illərdə Niceriya müsəlmanlar hərəkatının rəhbərliyinə keçdi. Bu ölkənin hərbi qüvvələri Zariya şəhərində və 2015-ci ilin dekabr ayında 300 nəfərdən çox şiəni öldürüb Zəkzakini və yüzlərlə tərəfdarlarını saxladıqda qarşıdurmalar artmağa başladı. Məhəmməd iki dəfə Zəkzakinin çıxışını dinlədikdən sonra şiə olan bir nəccar idi. Qabaqca küçələrdə qəzet satmaqla məşğul olan 43 yaşlı Şərif Əbubəkir Zəkəriyya deyir ki, 20 il bundan əvvəl həmin din xadimi islam həqiqətlərini dedikdən sonra şiə olmuşdur. O, on ildir ki, vilçer üstündə kiçik bir otaqda İranın ilk rəhbəri ayətüllah Ruhullah Xumeyninin divara asılmış şəkli ilə yaşayır. O, Məhəmmədin dünya haqqındakı siyasi yozumu ilə razıdır. Trampın sionist bir planı vardır. İranla qarşılaşsa nə baş verəcək? Zəkəriyya bunun cavabında deyir: yox, o buna razılıq verməz. Zəkəriyya deyir: ayətüllah Xamneyi desə ki, Amerika ilə qarşılaşmaq üçün uşaqların lazımdır, mən onları təqdim edəcəyəm. O, artırdı: mən onun vurğunuyam, mən İranın vurğunuyam.


“Ayətüllah Xamneyinin vurğunuyuq və İran üçün ölənə qədər döyüşməyə hazırıq”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap