Hey Hələbdən danışan Qərb mediası niyə Mosul əhalisi haqda susub?
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
İraqın baş naziri Heydər əl Abadi Mosul əməliyyatlarının son mərhələyə daxil olduğunu açıqlayıb. Yerli əhali hər gün ABŞ koalisiyası tərəfindən öldürülən dinc əhalidən bəhs edir.
Tashaio.com - İslaminSesi Rt-a istinadən sizə Qərb
mediasının Mosul haqqında nə üçün susmasını araşdıran məqaləni sizə təqdim
edir. Artıq neçə müddətdir ki, Mosulda əməliyyatlar davam edir. Lakin Qərb
mediası demək olar ki, orada öldürülən əzab çəkən dinc əhali haqda demək olar
ki, kəlmə də danışmır. Elə martın əvvəllərindən bəri ABŞ koalisiyasının
bombardmanı nəticəsində 132 nəfər həlak olub.
Mosuldan qaçanlar sadəcə
olaraq dəhşətlərdən bəhs edirlər. Onlar günlərdir ac olduqlarını və
bombardmanın dəhşətli hal aldığını deyirlər. BMT-nin bildirdiyinə görə hazırda
Mosulda şiddətli döyüşlər getdiyi yerdə hazırda 800 min dinc insan var.
Hazırda Mosulla Hələbi
müqayisə etsək əgər burada güclü aclığın olduğunu görə bilərik. Həmçinin
buradan Hələbdən fərqli olaraq buranı minlərlə insan tərk edir. Hər iki şəhər
hazırda bombardmana məruz qalır amma fərq burasındadır ki, qərb mediası Hələb barədə
demək olar ki, özünü "məhv" edirdi. Orada baş verən hadisələri
Bəşər Əsədin "qan içənliyi" kimi qələmə verən media sanki Mosulu
görmür.
Bu isə yenə ikili
standartların nəticəsidir. Hələbdə əməliyyatları aparan Suriya hökuməti və
Rusiya idi. Burada əməliyyatları araran isə Qərbin özüdür. Onlar da etdikləri işi niyə qabardıb mediada
bəhs etsinlər ki?!.. Bu da bir daha yürüdülən siyasətlərin qətiyyən insan
faktoru ilə əlaqədər olmadığını sübut edir.